Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

İsveçrə bankı Almaniya dövlətinə 150 milyon avro ödəyəcəkdir

İsveçrənin iri banklarından biri olan “Credit Suisse” (Kredit Sviss) ilə bağlı məhkəmə prosesinə xitam verilmişdir.
Düsseldorf prokurorluğu 150 milyon avro ödənilməsi müqabilində “Credit Suisse”ə qarşı məhkəmə prosesinin dayandırılacağını elan etmişdir. Bank prokurorluğun bu qərarını alqışlamış və yaxın müddətdə həmin məbləği ödəməyi vəd etməklə uzun və bankın nüfuzu üçün təhlükəli məhkəmə prosesindən yaxasını qurtarmışdır.
İsveçrənin özəl banklarından olan “Julius Bar” və Lixtenşteyn Knyazlığının “LGT” bankı da oxşar proseslərdə Almaniya dövlətinə cərimə məbləği ödəməklə məhkəmə işinə xitam verilməsinə nail olmuşdular.
2010-cu ilin martında bir informant tərəfindən Almaniya hüquq mühafizə orqanlarına satılmış diskdə vətənində vergidən yayınan və varidatını İsveçrə və Lixtenşteyn banklarına yatıran 1000-dən artıq imkanlı alman vətəndaşı haqqında məlumatlar əksini tapmışdı. Həmin məlumatlar əsasında cinayət işi açılmışdı.
Almaniya vətəndaşlarının vergidən yayınmasına yardım göstərməkdə şübhəli bilinən “Credit Suisse” bankının Almaniyada fəaliyyət göstərən 13 filialının hamısında reydlər keçirilmiş, bankın rəhbər əməkdaşlarına qarşı cinayət işi açılmışdır.
Əldə edilmiş razılaşma ilə “Credit Suisse” onun üçün acınacaqlı sonuclana biləcək məhkəmə prosesinin qarşısını ala bilmişdir.