Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
1-7 noyabr 2018-ci il
44 (1039)
25-31 oktyabr 2018-ci il
43 (1038)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

 Yunanıstanda defolt təhlükəsi

 

Böhran genişlənə bilər. Və problem kiçik yunan iqtisadiyyatında deyil, böyük Avropada birliyin olmamasındadır.

Yunanıstan haqqında məsələ, daha dəqiq desək, yunan hökumətinin ödəniş qabiliyyətliliyi haqqında məsələni artıq həll edilmiş hesab etmək olar.  Yunan hökumətinin (CDS) defoltdan sığortasının dəyəri indi ildə 23,3% təşkil edir. Başqa sözlə, əgər beşillik yunan istiqrazlarını saxlayan öz təhlükəsizliyini təmin etmək istərsə, 5 il ərzində o, ödədiyi vaxt ala biləcəyindən artıq ödəməli olacaq. Bazarın iştirakçıları Yunanıstanın beş ildən əvvəl defolt elan edəcəyinə o qədər əmindirlər ki, heç biri üzərinə risk götürmək istəmir.

Ona görə də, görünür, yenə də Yunanıstan, nəhayət, defolt elan edərsə, avronun necə olacağı məsələsinə qayıtmaq lazım gələcək. Nəzəri cəhətdən qorxulu heç nə baş verməməlidir. Federasiyanın böyük olmayan regionlarından birinin hökumətinin ödəniş qabiliyyətli olmaması bütün federasiyanın və ya onun daha az sərt strukturu olan Avropa İttifaqının ödəmə sisteminin böhranına səbəb olmamalıdır. 

Hökumətlərin FES və İngiltərə bankı tərəfindən dövlət istiqrazları böyük miqyasda alınmaqla pozulan müasir iqtisadi bölgüsü belə bir sadə qaydadan ibarətdir: büdcə – ayrı, pul hakimiyyəti  - ayrı. Lakin bu – nəzəriyyədədir. Təcrübədə əsaslandırılmış və artıq təsdiq olunmuş ehtiyat mövcuddur ki, Yunanıstanın defoltu domino effekti yaradar və 2010-cu ilin baharında olduğu kimi, digər ölkələrdə, məsələn, Portuqaliyada, İspaniyada və İtaliyada da baş verər.  Əgər Fransa da zərbəyə məruz qalarsa, situasiya həqiqətən fəlakətli ola bilər.

Bu zaman İtaliya artıq təhlükəli hədlərdə balanslaşmışdır. Avqustda onun istiqrazlarına olan tələb AMB tərəfindən təmin edilmişdi. 3 həftə ərzində AMB 43 mlrd. avro məbləğində ispan və italyan istiqrazlarını almışdı. Və ispan hökumətinin böhranla mübarizə aparmaqda davam etməsinə heç kimin şübhəsi olmasa da, italyan hökuməti yenə siyasi oyunlara başlamışdır. İtaliyada başlanan böhranın gedişinə görə, Avropa İttifaqı artıq Yunanıstanın xilası üçün birliyin olmaması ilə qarşılaşmışdır.

Finlandiya yunan hökuməti ilə Yunanıstana yardım paketinin fin tərəfinin təmin edilməsi üçün yunanlar tərəfindən girov qoyulması barədə separat danışıqlara başlamışdır. Bu barədə məlum olanda, ümumavropa qalmaqalı baş verdi. İndi Fin hökuməti vəziyyəti yumşaltmağa çalışır, hətta, görünür, geriyə oynamaq istəyir, lakin bu hərəkətlər onunla mürəkkəbləşir ki, Fin mətbuatının məlumatlarına görə indi de-fakto kimi ölkədə çox populyar olan Əsl finlər partiyası hər cür yardımın əleyhinədir. Bununla əlaqədar görünür ki, Avrozonanın dağılmasına səbəb olacaq bu problem nə Yunanıstandır, nə də müxtəlif ölkələrin hökumətlərinin borclarıdır, əsas səbəb Yunanıstanın aydın göstərdiyi kimi, ümumi maraqların dəqiq anlaşılmaması və birliyin olmamasıdır.  Bu şəraitdə AMB sentyabrda İtaliya istiqrazlarının yerləşdirilməsində iştirak etməyə də bilər – hökumətə isə bu ay 46 mlrd. avro məbləğində istiqrazları ödəmək lazım gələcək.

M.Yeganə