Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
unananıstan prezidenti 82 yaşlı Karolos Papulyas bu ölkədə səfərdə olan erməni həmkarı Serj Sarkisyanla görüşüb. Ermənistan prezidentinin Afina səfəri Türkiyənin sərt reaksiyasına səbəb olan açıqlamalara səbəb olub. Sarkisyan Türkiyənin Avropa Birliyinə üzv olmaq üçün 1915-ci il hadisələrini "soyqırım" kimi qəbul etməsinin lazım olduğuna eyham edib. Yunan lider də erməni həmkarına iki ölkə xalqının da türklər tərəfindən öldürüldüyünü deyib.

"İkimiz də eyni barbarlar tərəfindən qətlə yetirildik", deyə o qeyd edib.

Televiziya kameralarının da olduğu yerdə çıxış edən yunan dövlət başçısı ölkəsində mövcud olan iqtisadi böhrana görə də Türkiyə ilə münasibətlərini günahkar bilib. O, Yunanıstanın iki ölkə arasındakı silah balansını qorumaq üçün silahlanmaya vəsait xərclədikərini vurğulayıb.

“Silahlanma səviyyəsini qorumaq üçün iqtisadi yük altına girməsəydik, indi Beynəlxalq Valyuta Fonduna gərək qalmazdı. Biz bütün müttəfiqlərimiz arasında silahlanmaya ən çox pul xərcləyən ölkəyik. Bizim kimi sülhsevər xalq üçün bu haqsızlıqdır", deyə Yunanınstan prezidenti bəyan edib.

Papulyas Ankaranın Afinanın yeni münasibət yaratması səylərinə qarşılıq verəcəyinə ümid etdiyini də deyib.