Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
BMT-nin Baş Assambleyası Abxaziya və Cənubi Osteiyadan olan qaçqınlarla bağlı qətnamə qəbul edib. Qurum gürcü qaçqınlara təçhlükəsiz şəkildə öz evlərinə qayıtmasını tələb edib.

Rusiya qətnaməyə qarşı çıxıb və digər ölkələri də sənədə səs verməməyə çağırıb.

Sənəddə Gürcüstandakı münaqişələrdən ziyan çəkən məcburi köçkünlər və qaçqınların mülkiyyət hüquqlarına riayət olunmasının vacibliyi vurğulanır. Qətnamədə demoqrafik vəziyyətin zorla dəyişdirilməsinin yolverilməzliyi də yer alıb.

“Abxaziya və Cənubi Osetiyadan köçkün və qaçqınlar barədə” qətnamə Gürcüstan tərəfindən bu ay hazırlanıb. Sənədin lehinə 57 ölkə səs verib. Rusiya da daxil olmaqla 13 ölkə isə qətnaməyə qarşı çıxıb.

“Bu qətnamə çox vacibdir. Çünki o Gürcüstan ərazilərinin Rusiya tərəfindən işğalı faktını və qaçqınların öz evlərinə qayıtmaq hüququnu bir daha təsdiqləyir”, - Gürcüstanın BMT-dəki daimi nümayəndəsi Koxa Lomaya bildirib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Aleksandr Pankin isə Baş Assambleyadakı çıışında bəyan edib ki, qətnamə layihəsinin müəllifləri sənədi regiondakı müasir siyasi reallıqları nəzərə almadan hazırlayıblar. Onun sözlərinə görə, Gürcüstan tərəfi Abxaziya və Cənubi Osetiyanın ona məxsus olması tezisini yürütməyə çalışır.