Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Türkiyəyə səfər edəcək. Onun rəsmi görüşləri yanvarın 20-də başlayacaq. Rusiyalı nazir türkiyəli həmkarı Əhməd Davudoğlu ilə strateji planlaşdırma üzrə birgə qrupun iclasını keçirədək.

Rusiya XİN-in məlumatına görə, Sergey Lavrovun Rusiyaya səfəri çərçivəsində ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Tərəflər ektremizm və terrorçuluqla mübarizədə qarşılıqlı yardım, Qara dəniz regionunda əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Bundan başqa, Kipr və Yaxın Şərq nizamlaması, Cənubi Qafqaz, İraq, Əfqanıstan və Orta Asiyadakı vəziyyət də diqqət mərkəzində olacaq.

İran məsələsi də diqqətdən kənarda qalmayacaq. Yanvarın 21-22-də İstanbulda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eştonun İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlili ilə görüşü planlaşdırılır. Görüşdə “altılıq” (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) nümayəndələri də iştirak edəcəklər. Rksiya tərəfini xarici işlər nazirinin müavini Sergey Ryabkov təmsil edəcək.