Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Rusiyada 2012-ci ildə keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Dmitri Medvedyev və baş nazir Vladimir Putin bir-biri ilə rəqabət aparmayacaq.

Bu barədə “The Financial Times” nəşrinə müsahibəsində prezident Dmitri Medvedyev bildirib. Putin və Medvedyevin eyni zamanda prezidentliyə namizəd ola bilmək ehtimalını dəyərləndirən dövlət başçısı bildirib ki, bu mümkün deyil: “Bunu ən azı bir səbəbə görə təsəvvür etmək çətindir. Mən həmkarım və çoxdankı dostum Vladimir Putinlə eyni siyasi qüvvəni təmsil edirik. Rəqabət son illər həllinə can atdığımız məqsəd və vəzifələrə zərər vura bilər. Buna görə də düşünürəm ki, bu, ölkəmiz üçün yaxşı ssenari olmazdı”.

Medvedyev ikinci dəfə prezidentliyə namizəd olub-olmayacağı sualını belə cavablandırıb: “Prezident postunda olan istənilən lider ikinci dəfə bu vəzifəyə seçilmək istəyər. Amma onun seçkilərdə iştirak edib-etməyəcəyi başqa məsələdir. Bununla belə Konstitusiya ikinci dəfə seçilməyə imkan verir, bu posta seçilsəm, bəyan etdiyim məqsədlərə - iqtisadiyyat və cəmiyyətin, o cümlədən modernləşməsi üçün əlimdən gələni edəcəyəm”