Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Bu gün Türkiyədə parlament seçkiləri keçirilir. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların sayı 50 milyon 189 min 930 nəfərdir. Ölkənin 85 seçki dairəsində 200 minə yaxın seçki qutusundan istifadə olunacaq. Türkiyə Cümhuriyyətinin 24-cü dönəm parlamentində yer qazanmaq uğrunda 15 siyasi partiya mübarizə aparacaq. Ümumilikdə seçkilərə 203-ü müstəqil namizəd olmaqla, 7660 depudatlığa namizəd qatılıb.

Baş nazir Rəcəb Təyyib Ərdoğanın rəhbərliyi altında 2002-ci ildən hakimiyyətdə olan "Ədalət və İnkişaf Partiyası"nın növbəti qələbəni əldə edəcəyi gözlənilir. Aparılan sorğu seçicilərin hakim partiyaya 45-47 faizinin səsini vəd edir. Bu isə ona təkpartiyalı hökuməti formalaşdırmaq imkanı verəcək. Konstitusiya islahatlarının problemsiz keçirilməsi üçün "Ədalət və İnkişaf Partiyası"nın 550 yerlik parlamentdə yerlərin üçdə ikisinə və ya 367 deputat mandatına sahib olması vacibdir. Əks halda konstitusiyaya düzəlişlər referenduma çıxarılmalı olacaq.


Seçkiqabağı sorğuların nəticəsinə görə, müxalif "Cümhuriyyət Xalq Partiyası"na isə seçicilərin 27-29 faizi səs verməyə hazırdır. Üçuncu yerdə isə "Milliyyətçi Hərəkat Partiyası" durur. Partiyaların parlamentə düşməsi üçün isə 10 faizlik baryeri aşması lazımdır.


Bu il Türkiyədə parlament seçkilərində ilk dəfə 25 yaşlılar da depudatlığa namizəd ola biliblər. Yeniliklərdən biri də taxta seçki qutularının şəffaf qutularla əvəzlənməsidir. Yeni seçki qutuları eni 40, uzunluğu 55, hündürlüyü isə 50 santimetr olan şəffaf, istiyə və qırılmaya davamlı möhkəm plastik qutulardır. Səsvermə Türkiyənin 32 vilayətində saat 7:00-16:00 arası, qalan şəhərlərdə isə 08:00-17:00 arasında keçiriləcək. Səsvermə müddətində bütün əyləncə məkanları bağlı olacaq.