Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
“Nestle” şirkəti qəhvə və şokoladın qiymətlərinin artırılacağını vəd edir
 
Dünyanın ən iri ərzaq məhsulları istehsalçılarından biri olan İsveçrənin “Nestle” şirkəti xammalın qiymətlərinin artması ilə əlaqədar böyük problemlərlə üzləşmişdir və yaxın illərdə vəziyyətin daha da gərginləşəcəyini proqnozlaşdırır.
İqlimin kəskin dəyişməsi, o cümlədən temperaturun çox yüksək olması və davamlı yağıntılar dünyada “Arabik” toxum sortu üzrə ikinci ən iri istehsalçı ölkə olan Kolumbiyada son illər qəhvə məhsulunun tədricən azalması ilə nəticələnmişdir.
Kolumbiyada 2006-cı ildə 12 milyon kisədən (hərəsi 60 kq) çox qəhvə toxumu istehsal edilmişdir. Bu ölkə 2014-cü ildə 17 milyon kisə qəhvə toxumu istehsal etməyi qarşıya vəzifə qoymuşdur. Lakin bu Latın Amerika ölkəsi ötən il bazara yalnız 9 milyon kisə məhsul çıxara bilmişdir. 2010-cu ilin təkcə ikinci yarısında qəhvənin dəyəri 25 faiz artmışdır.
“Nestle” şirkəti ötən il dünyada ən iri kənd təsərrüfatı məhsulu alıcısı olmuş, bu məqsəd üçün təxminən 72 milyard dollar xərcləmişdir.
Yeri gəlmişkən, İsveçrə şirkətinin məhsul satışı 2011-ci ilin birinci rübündə 9,3 faiz və yaxud 22,7 milyard dollar azalmışdır.
“Nestle” şirkəti 83 xarici ölkədə yerləşən 449 fabrikdə məhsul istehsal edir.