Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Bu gün Bedarusdakı yanacaqdoldurma məntəqələrində yerli vaxtla saat 07.30-dan etibarən avtomobil yanacağının qiyməti aşağı salınacaq. Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün keçirdiyi müşavirədə yanacağın qiymətinin kəskin artırılmasına görə hökuməti günahlandırıb və qiymətlərin dəfrhal aşağı salınmasını tələb edib.

“Gəlin razılaşaq: sabahdan 5100 rubl (1,02 dollar) yox, maksimum 4500 rubl (0,90 dollar) olacaq”, - Aleksandr Lukaşenko bildirib. Prezident tapşırıq verib ki, dizel yanacağı 4450 rubl (0,89 dollar), A-95 benzini 4500 rubl (0,90 dollar), A-92 benzini 4200 (0,84 dollar), A-98 benzini isə 6600 rubl (1,33 dollar) satılsın.


Xatırladaq ki, iyunun 7-də Belarusun “Belneftxim” şirkəti ölkə ərazisində avtomobil yanacağının qiymətini bu gündən etibarət orta hesabla 30 faiz artırıb. Qiymət artımından əvvəl bir neçə gün ərzində şirkətin yanacağdoldurma stansiyalarında benzin satışına məhdudiyyət qoyulmuşdu. Hər maşina 25 litrdən artıq benzin satılmırdı.

“Belneftxim”in qərarına görə, dizel yanadağının qiyməti 30,8 faiz artırılaraq 5100 Belarus rubluna (1,02 dollar), A92 benzini 29,1 faiz artırılaraq 5100 rubla (1,02 dollar) , A95 benzininin qiyməti 33,3 faiz artırılaraq 5800 rubla (1,17 dollar), A80 benzininin qiyməti isə 28,6 faiz artırılaraq 4950 rubla (0,99 dollar) çatdırılmışdı. Bu qərar yanacağın qiymətinin sonuncu dəfə 25 faiz artırılmasından cəmi iki həftə sonra verilmişdi. Bu, il ərzində yanacağın qiymətindəki sayca dördüncü artım idi.