Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Cəfəri bu yaxınlarda prezident Mahmud Əhmədinejadın həbs olunması ilə bağlı ölkənin ali dini lideri ayətulla Əli Xamneyiyə ərizə təqdim edib. Xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Xamneyinin nümayəndəsi Əbdülnəbi Namazi məlumat yayıb.

Məlumata görə, komandirin bu sorğusu Xamneyinin devrilməsinə cəhddə iştirak edən bütün şəxslərin həbsinə dair ümumi xahiş çərçivəsində göndərilib. Namazinin sözlərinə görə, Xamneyi Əhmədinejadı çıxmaq şərti ilə onun devrilməsinə cəhd edən bütün şəxslərin həbsinə fərman verib. Lakin o qeyd edib ki, Əhmədinejad xəbərdarlıq alıb.

“Prezident ilə Xamneyi arasında yaranan nifaqın dövlət başçısının istefası ilə nəticələnməsi tamamilə mümkündür”, - deyə Namazi bildirib.

Qeyd edək ki, dövlət çevrilişinə bərabər tutulan İslam Respublikasının ali dini liderinə sui-qəsd asılma yolu ilə ölüm hökmü ilə cəzalandırılır.