Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Yəməndə gərginlik azalmaq bilmir. Ölkənin cənubundakı Taiz şəhərində anti-hökumət nümayişlərinin iştirakçılarının təqib edilməsi davam edir. Ötən həftəsonu Taizin mərkəzində müxalifət tərəfdarlarının düşərgəsi yerlə-yeksan edilib. Nümayişçilərə atəş açılması nəticəsində isə azı 15 nəfər ölüb. Dünən isə "Əl-Qaidə" döyüşçülərinin ələ keçirdiyi Zincibar şəhəri avia-zərbələrə və artilleriya atəşinə məruz qalıb.

Yəmən müxalitfətinin istefasını tələb etdiyi prezident Əli Abdulla Saleh isə hakimiyyətdən getmək niyyətində deyil. "Dəyişikliklərə çağıranlar əslində ölkəni dağıntılara sürükləyir və talanla məşğul olurlar. Onlar dinc gənclik inqilabına çağırırlar, amma bu, korrupsioner hərbi idarəciliyə gətirib çıxaracaq dağıdıcı inqilabdır." - bunu Əli Abdulla Saleh bəyan edib.

Dünən paytaxt Sənada isə Taiz şəhərində nümayişçilərin öldürülməsinə etiraz aksiyası keçirilib. Son həftələr ərzində hökumət qüvvələri ilə Xaşid tayfasının üzvləri arasında gedən döyüşlərdən sonra paytaxtda səssizlik hökm sürür. Müxalifət Yəmənin şimal və qərbinə nəzarət edir, ölkənin qalan hissəsi isə hökumət qoşunlarının nəzarəti altındadır.