Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Artıq Sudanın taleyi həll olunub. Ötən gün yekunlaşan referendumun gələn ay açıqlanacaq rəsmi nəticəsi bu ölkəninin iki hissəyə bölünüb-bölünməyəcəyinə aydınlıq gətirəcək. Sudanda keçirilən 7 günlük referendum marafonu başa çatıb. Sonuncu seçki məntəqələri dünən yerli vaxtla saat 17:00-da bağlanıb. Bundan sonra səslərin hesablanması prosesinə start verilib. Cənubi Sudan seçki komissiyasının rəhbəri Məhəmməd İbrahim Xəlilin məlumatına görə, referendumda səsvermə hüququna malik vətəndaşların 83 faizi Cənubda, 53 faizi isə Şimalda artıq öz səslərini verib. Bu isə səsvermənin baş tutmuş hesab olunması deməkdir. Çünki, səsvermənin baş tutmuş hesab olunması üçün iştirakçıların 60 faizinin iştirakı tələb olunurdu. 

Referendumun nəticələri fevral ayının ortalarında elan olunacaq. Lakin bir çoxları artıq Cənubi Sudanın Şimaldan ayrılmasına əmindir. Belə ki, regionun hakim qüvvələri dəfələrlə əhalini müstəqil respublikanın lehinə səs verməyə çağırıb. Müşahidəçilər səsvermədə yüksək fəallığın olduğunu, prosesin ədalətli, dinc şəraitdə və tələb olunan standartlara uyğun şəkildə keçirildiyi bəyan edib. Prezident Ömər əl Bəşirin Milli konqres Partiyasının nümayəndələri də səsvermə prosesinin gedişatından razı qaldıqlarını etiraf edib.