Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Hollivud aktyoru, həmçinin ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru Arnold Şvartseneqqer Avropa İttifaqına (Aİ) növbəti prezident seçkisində öz namizədliyini irəli sürə bilər. Şvartseneqqerin özü bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyini hələ müəyyən etməsə də, onun müşavirləri aktyora Avropaya qayıtmağı və Aİ-nin prezidenti vəzifəsi uğrunda mübarizə aparmağı tövsiyə edirlər.

“Newsweek” jurnalı yazır ki, Şvartseneqqerin katibliyinin rəhbəri Terri Temminenin məlumatına görə, Avropa İttifaqı rəhbərliyi prezident vəzifəsinə bütün Avropa ölkələrini birləşdirə biləcək dünyada daha nüfuzlu və məşhur adam tapmağa səy göstərir.

“Fransalılar Aİ prezidentinin alman olması ilə razılaşmayacaqlar, almanlar isə italyana qarşı olacaqlar. Görəsən onlar Avropada doğulan, ABŞ-da uğur qazanan, eyni zamanda birləşmiş Avropa üçün Corc Vaşinqton və ya Tomas Cefferson olmaq üçün vətəninə qayıda biləcək insan haqqında nə deyərlər?”, - deyə Tamminen bildirib.

Qeyd edək ki, hazırda Avropa İttifaqının prezidenti Herman van Rompeydir. Arnold Şvartseneqqer isə bu gün ABŞ-ın siyasi arenasında həm məşhur siyasətçi, həm də tanınmış kinoaktyor kimi çıxış edən nadir insandır.