Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Yaponiya “Fukusima-1” AES ətrafında 20 kilometrlik qadağan zonası elan etmişdir
 
Aprelin 21-də Yaponiyanın Baş naziri Naoto Kan Fukusima prefekturasına gəlmiş və qəzalı “Fukusima-1” Atom Elektrik Stansiyası (AES) ətrafında 20 kilometrlik zonada insanların olmasını rəsmi surətdə qadağan etmişdir.
Təxminən 80 min sakin bu zonadan evakuasiya edilmiş, lakin onların bəzisi evlərinə qayıtmış, polis həmin adamlara mane ola bilməmişdi. Yaponiya hökuməti 20 kilometrlik qadağan zonası tətbiq etməklə insanların radioaktiv şüalanmasının, habelə insan yaşamayan rayonlarda talanların qarşısını almaq niyyətindədir.
Yaponiyanın Baş naziri Naoto Kan Fukusima prefekturasında yerli hakimiyyət orqanlarının nümayəndələri və evakusiya olunmuş adamlarla görüşəcəkdir. Yaponiya hökumətinin baş katibi Yukio Edano artıq ölkənin nazirlər kabinetinin mövqeyini açıqlamışdır. O demişdir: “Biz qadağan zonasına daxil olmaq istəyənlərə qarşı ciddi tədbirlər görəcəyik. Sakinlərə gəldikdə isə, onu deyə bilərəm ki, onlar vəziyyəti başa düşməlidirlər və cəzalanmaları üçün şərait yaratmamalıdırlar”. Qeyd edək ki, aprel ayının əvvəllərində qadağan zonasına müvəqqəti olaraq sakinləri, habelə həlak olanları tapmaq üçün polis axtarış dəstələrini göndərirdilər.
Qadağan zonasına jurnalistlər də buraxılırdı. Orada vəziyyət elədir ki, AES-ə yaxınlaşdıqca radiasiyanın səviyyəsinin yüksək olduğu hiss olunur. Stansiyanın yaxınlığında radiasiyanın səviyyəsi saatda 100 mikrozivertdir.
“Fukusima-1” AES-də qəzalı vəziyyətin nə vaxt aradan qaldırılacağı hələlik məlum deyildir. Aprelin 21-də məlum olmuşdur ki, AES-dən Sakit okeana düşən radioaktiv maddələrin səviyyəsi normadan 20 min dəfə çoxdur. AES-in operatoru olan TEPCO şirkəti ekspertlərinin rəyinə görə, qəza baş verdikdən sonra yod-131, sezium-134 və sezium-137 tərkibli 520 ton radioaktiv maddəli su dənizə düşmüşdür. Radioaktiv maddələrin ümumi miqdarı 4,7 min terabekkereldir. Yüksək radioaktiv maddəli su stansiyanın ikinci enerji blokundan zədələnmiş drenaj sistemindəki çatlardan sızmışdır. Mütəxəssislər AES-in sutoplayıcı qurğusunun yaxınlığında xüsusi polad sədd inşa etmişlər, lakin bu da radioaktiv maddələrin qarşısını tam ala bilmir.
Zəlzələlər isə səngimək bilmir. Aprelin 21-də Honsü adasının şərq sahillərində 6 bal gücündə növbəti zəlzələ baş vermişdir. ABŞ Geoloji Xidmətin məlumatına görə, zəlzələnin episentri Aomore prefekturasının Xatinohe şəhərindən 187 kilometr, Tokiodan isə 619 kilometr məsafədədir. Yeraltı təkanların mənbəyi 3,7 kilometr dərinlikdədir. Həlak olanlar və dağıntılar barədə məlumat verilmir, sunami təhlükəsi elan edilməmişdir.
Xatırladaq ki, Yaponiyada martın 11-də baş vermiş güclü zəlzələ və sunami nəticəsində 13 min insan həlak olmuş, 10 minlərlə sakin evsiz-eşiksiz qalmışdır, 130 min adam indiyədək müvəqqəti sığınacaqlarda yaşayır.
“Fukusima-1” AES-də vəziyyətin sabitləşməsi perspektivləri hələlik qaranlıqdır. AES-in operatoru – TEPCO şirkəti vəziyyəti 6-9 ay müddətində sabitləşdirmək niyyətindədir, lakin ekspertlər hesab edirlər ki, bu müddət də kifayət etməyəcəkdir. Hazırda mühəndislər yüksək radiasiyalı suyu təmizləməyə və kənarlaşdırmağa çalışırlar.