Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Yaponiya hökuməti “Fukusima-1” AES-də təhlükəlilik səviyyəsini maksimum dərəcəyə qaldırmışdır

Aprelin 12-də Yaponiya hökuməti “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) təhlükəlilik səviyyəsini maksimum dərəcəyə - Beynəlxalq Nüvə Hadisələri Cədvəli (İNES) üzrə yeddinci səviyyəyə qaldırmışdır.
BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi bu səviyyəni “İri qəza” kimi müəyyənləşdirir. İndiyədək həmin səviyyə yalnız 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzaya aid edilirdi.
Bu qərar martın 11-də baş vermiş təxminən 28 min insanın həlak olması və itkin düşməsi ilə nəticələnmiş 9 bal gücündə zəlzələnin və sunamini ciddi zədələdiyi AES-də radiasiya ölçmələri ilə əlaqədar qəbul edilmişdir.
Aprelin 12-də Yaponiyanın şərq sahillərində Sakit okeanda 6,3 bal gücündə yeni zəlzələ baş vermişdir. Bu, son iki gündə qeydə alınmış ikinci zəlzələdir. Qeydə edək ki, aprelin 11-də Yaponiyanın şimal-şərqində 7,1 gücündə baş vermiş yeraltı təkanlar “Fukusima-1” AES-də zəlzələnin və sunaminin yaratdığı fəsadları aradan qaldırmaqla məşğul olan insanları stansiyadan evakuasiyaya məcbur etmişdi.
ABŞ-ın “JP Morgan” Bankı AES-in operatorunun ödəyəcəyi kompensasiyanın məbləğini müəyyənləşdirmişdir.
AES-in operatoru Yaponiyaya 2 trilyon ien (23,6 milyard dollar) ödəməli olacaqdır.