Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

İslandiya Böyük Britaniya və Hollandiyaya borclarını qaytarmaqdan imtina edir

 

Böyük Britaniya İslandiyanın “Icesave” bankını 5 mlrd. dollar həcmində olan borcunu qaytarmadığına görə məhkəməyə verəcək. Bu barədə Böyük Britaniya Xəzinədarlığının katibi Denni Aleksander ötən həftə İslandiyada keçirilmiş referendumun nəticələrini şərh edərkən bildirib.
“Danışıqlarla tənzimlənmiş məsələni İslandiya xalqının rədd etməsi bizi təəccübləndirdi” - deyə D.Aleksander qeyd edib.
Hollandiyanın da İslandiyanı borclarını ödəmək üçün məhkəməyə verəcəyi istisna olunmur.

Qeyd edək ki, ötən həftə İslandiyada “Icesave” bankının Hollandiya və Böyük Britaniyaya olan borclarının ödənilməsi ilə bağlı referendum keçirilib. Seçicilərin 60%-i borcların ödənilməsinin əleyhinə səs verib. 2010-cu ilin martında eyni məsələ ilə bağlı keçirilmiş referendumda bu göstərici 93% olub.
Ötən ilin dekabr ayında İslandiya hökuməti imzaladığı sazişlərlə “Icesave” bankının Hollandiya və Böyük Britaniyaya olan borclarını ödəməyi öhdəsinə götürüb. Amma bundan sonra İslandiya prezidenti Olafur Raqnar Qrimsson bu sazişi imzalamaqdan imtina edib və yeni referendumun keçirilməsinin zəruriliyini bildirib.

Son referendumun nəticələrini şərh edən İslandiyanın baş naziri Yohanna Siqurdardottir bəyan edib ki, seçicilər hadisələrin ən pis inkişaf variantını seçiblər. O, ölkənin yeni iqtisadi böhranla üz-üzə qalacağını da istisna etməyib.