Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Rusiya Federasiyasının hazırki prezidenti Dmitri Medvedev yaxın vaxtlarda növbəti dövlət başçısı seçkisinə namizədliyini yenidən irəli sürmək barədə qərar qəbul edəcək. İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, Medvedev Çinə səfəri ərəfəsində sözügedən ölkənin Mərkəzi televiziyasına müsahibəsində bildirib ki, “seçkiyə az qaldığından bu barədə qərar yaxın perspektivdə qəbul olunacaq”.

Prezidentin sözlərinə görə, o, yeni müddətə namizədliyini irəli sürməyə hazırdır. Bununla yanaşı, Medvedev bəyan edib ki, belə bir qərar qəbul edilən zaman mövcud sosial vəziyyət, siyasi bölgü və insanların münasibəti nəzərə alınmalıdır.

Rusiyanın dövlət başçısı əlavə edib ki, onun və baş nazir Vladimir Putinin qarşısında yalnız bir məqsəd durur – “10-20 ildən sonra Rusiya dünyanın ən güclü və ən dayanıqlı dövlətlərindən biri olsun”. Prezidentin fikrincə, bu vəzifənin icrası zamanı müxtəlif üsullardan istifadə oluna bilər.
Medvedev qeyd edib ki, artıq dəyişikliklərin vaxtı çatıb. Onun sözlərinə görə, “on il bundan öncə yaxşı olan, artıq bu gün yaxşı deyil”.

Xatırladaq ki, Rusiyada növbəti dövlət başçısı seçkisi 2012-ci ilin martında baş tutacaq. Ölkə Konstitusiyasına əlavə edilən dəyişikliklərə əsasən, yeni prezident hazırki dörd illik əvəzinə öz vəzifələrini 6 il müddətinə icra edəcək.