Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
AŞPA-da Gürcüstan təqdir olunmuş, Ermənistan isə tənqid edilmişdir

Avropa Şurası Parlament Assambleyasının aprelin 13-də keçirilən ilk ümumi iclasında geniş müzakirə edilən və gərgin diskussiyalara səbəb olan məsələ Gürcüstanın qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetririlməsinə həsr edilmişdir. Gürcüstanın Avropa Şurası ailəsinə qəbul edildiyii vaxtdan ötən on il ərzində qazandığı uğurlar, hələ görməli olduğu işlər, qarşıda duran vəzifələr ətraflı təhlil olunmuşdur. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu müzakirələrdə ilk çıxış edənlər sırasında olmuşdur. Azərbaycan təmsilçisi Gürcüstanın nailiyyətlərindən bəhs edərkən müqayisələr aparmış, Cənubi Qafqazın 3 respublikasının fərqli inkişaf yollarından bəhs etmişdir. Deputat Rafael Hüseynov Gürcüstanı təqdir etsə də, Ermənistanı ən müxtəlif istiqamətlərdən kəskin tənqid atəşinə tutmuşdur. R.Hüseynovun nitqində Gürcüstandakı azərbaycanlıların hazırki vəziyyəti də diqqət mərkəzində olmuşdur. Assambleyada dərin məntiqli, danılmaz faktlara əsaslanan və böyük maraqla qarşılanan çıxışında R.Hüseynov bildirmişdir: “Dünyanın 20 il əvvəlki siyasi mənzərəsi ilə indiki vəziyyəti müqayisə edəndə bir sıra ciddi dəyişikliklərin baş vermiş olduğunu görürük. Sosializm düşərgəsinin dağılması ilə siyasi xəritədə çoxlu sayda yeni müstəqil dövlətlər yaranmış və onlar qapalı rejimlərdən qurtularaq inkişafa başlamışlar. Lakin bunu da müşahidə etmək çətin deyil ki, 20 illik müstəqillik yolu həmin ölkələrin hamısında bərabər və arzu edilən səviyyədə keçməmişdir. Demokratik təsisatların bərqərar olması və uğurlu fəaliyyəti, hüquqi dövlət quruculuğu, insan haqlarına hörmət baxımından həmin yeni müstəqil dövlətlər arasında mühüm fərqlər də vardır. Hamı üçün eyni müddət keçsə də, demək olmaz ki, bu dövlətlərin hər biri 20 illlik müstəqil inkişaf yoluna malikdir. Həmin vaxtdan maksimal dərəcədə səmərəli istifadə edənlər də var, bu yolu ləng irəliləyənlər də. Gürcüstanın bu baxımdan əldə etdiyi müvəffəqiyyətlər diqqətəlayiqdir. Gürcüstanın Avropa Şurası ailəsində olduğu son 11 ilin bu inkişafda xüsusi əhəmiyyəti ayrıca qeyd olunmalıdır. Həqiqətlər müqayisələrdə daha tez aşkarlanır. Gürcüstanı, çox uzağa getmədən, elə Cənubi Qafqazdakı digər qonşu ölkə Ermənistanla müqayisə edəndə inkişafın parametrləri, əsl müstəqilliklə yarımmüstəqilliyin, əsl demokratikləşmə ilə psevdodemokratiyanın fərqi məlum olur.
Cənubi Qafqazın digər dövləti olan Azərbaycanla Gürcüstanın müstəqillik dövründəki siyasi talelərində yaxınlıqlar çoxdur. Hər iki ölkənin keçdiyi yolun bir vacib müştərək cəhəti ondan ibarətdir ki, bu quruculuq illəri zamanı həm də hərbi münaqişləri adlamaq, separatizmə qarşı mübarizə aparmaq zəruriyyəti mövcud olmuşdur. Azərbaycan da, Gürcüstan da, digər qonşumuz Türkiyə də Avropa Şurası kimi mötəbər demokratiya ailəsinə həmin ölkələrlə birgə daxil olmuş Ermənistan tərəfindən mütəmadi olaraq haqsız ərazi iddiaları ilə üzləşmişlər.
Müstəqil siyasi iradəsi olmayan təcavüzkar Ermənistanın yürütdüyü xətt onu bütün əhəmiyyətli regional layihələrdən kənarda saxlamış, bununla da Cənubi Qafqazda harmonik iqtisadi və demokratik inkişaf qarşısında daha bir əngəl yaranmışdır. Bütün bu sadalanan və arzuolunmaz amillər olmasaydı, təbii ki, biz bu gün Gürcüstanın daha böyük nailiyyətlərindən və inkişafından bəhs edə bilərdik.
Azərbaycanı Gürcüstanla bağlayan ən mühüm tellərdən biri orada tarixən yığcam halda yaşamış və bu gün də ölkənin tərəqqisində fəal iştirak edən yarım milyona yaxın azərbaycanlının olmasıdır. Elə 20 il əvvəl Ermənistanda da təxminən buna yaxın sayda azərbaycanlı vardı və yüzillər idi ki, həmin ərazilərdə ömür sürürdülər. Lakin onların hamısı, eləcə də digər milli azlıqlar deportasiya edilmiş və indi Ermənistan monoetnik ölkəyə çevrilmişdir. Gürcüstanda isə əks mənzərəni görürük. Tədricən bu ölkədə azərbaycanlıların təhsil və digər mədəni hüquqlarının təmin edilməsi, onların ən müxtəlif hakimiyyət və dövlət strukturlarında təmsil olunması, sosial problemlərinin daha geniş ölçüdə həll edilməsi üçün addımlar atılır. İnanmaq istərdik ki, hələ çox işlər görülməli olan bu istiqamətlərin hər birində gələcəkdə daha ciddi təşəbbüslərə də şahid olacağıq. Eləcə də sovet siyasi repressiyalarının zərərdidələrindən olan Axısxa türklərinin Gürcüstanda hüququqlarının bərpa olunması, onlara bir zamanlar sürgün edildikləri ərazilərdə həyat şəraitinin yaradılması üçün Gürcüstan dövlətinin bəyan eydiyi nəcib niyyətlər məmnunluq doğurur. Ümid edirik ki, bu səylər də real nəticələrini verəcəkdir.
Bütün bunlar Gürcüstanın güclənməsinə xidmət edən vasitələrdir. Çünki bu xalqlar tarixən özlərini həmişə Gürcüstanın doğma övladları saymış və öz ölkələrinin inkişafı üçün çalışmışlar. Gürcüstan dövlətinin bu nəhəng potensialı ağılla öz ümummilli tərəqqisinə yönəltməsi hər baxımdan təqdir edilməlidir.
Tarixən astronomik yeni ilin, bahar fəslinin gəlişinin rəmzi olan Novruz bayramı müsəlman Şərqi ölkələrində daim təntənə ilə qeyd edilmişdir. Son illərdə YUNESKO da bu bayramın dərin humanist mahiyyətini nəzərə alaraq, onu ümumdünya bayramları təqviminə daxil etmişdir. Gürcüstan isə bu bayramı rəsmi dövlət bayramlarından biri elan etmişdir. Bu sadə göstərici deyil. Bu bir tərəfdən Gürcüstan dövlətinin ənənəvi olaraq həmin bayramı qeyd etmiş öz milli azlıqlarına ehtiramının, diqqətinin ifadəsidirsə, digər tərəfdən həmin bayramın rəsmən ümumxalq mərasiminə çevrilməsi ölkədəki inteqrasiya üçün açılan yeni bir üfüq, cəmiyyətin vahid, mehriban ailəyə çevrilməsindən ötrü son dərəcə münbit mühitin və meydanın yaradılması deməkdir. Dinlər və mədəniyyətlər, çox və azsaylı xalqlar arasındakı nəticəli dialoqlar, ölkə içərisindəki anlaşma, səmimi əmkdaşlıq quru sözlərlə deyil, məhz belə düşünülmüş, uzaqgörən tədbirlər nəticəsində reallaşa bilir.
Avropa Şurası üzv ölkələrə, o cümlədən Gürcüstana həmişə tələbkar münasibət bəsləyir. Amma dövlətin və xalqın öz məsuliyyəti, özünə qarşı tələbkarlığı ikiqat artıq olmasa, uğurlara çatmaq da çətinləşər. Gürcüstan məhz bu xətti seçmişdir, bu yolla gedir və belə davam edərsə, əlbəttə ki, gələcəkdə ölkə daha böyük nailiyyətlərə imza atacaqdır”.
Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxışında demişdir: “Mən 6 ildir ki, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna rəhbərlik edirəm. Bununla əlaqədar tez-tez Gürcüstanda səfərdə olduğum üçün prosesləri daha yaxından müşahidə edə bilirəm. Gürcüstanın AŞ-a üzv olduğu bu illər ölkədə demokratiya, insan hüquqları, korrupsiya sahəsində vəziyyət hamımızın yaxşı yadındadır. Amma son illər Gürcüstanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunmasi, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə istiqamətində böyük işlər görülmüşdür və bunu hər kəs görür. Təbii ki, hər yerdə olduğu kimi, Gürcüstanda da həllini gözləyən problemlər vardır. Amma ən əsası odur ki, problemlərin aradan qaldırılması istiqamətində siyasi iradə var, onların həlli istiqamətində addımlar atılır və Gürcüstan bütün sahələrdə inkişaf edir.
Gürcüstanda demokratik institutların inkişafı, insan haqlarının qorunması, qanunun aliliyi məruzədə vurğulandığı kimi, bu ölkədə yaşayan milli azlıqlar üçün də çox vacib və əhəmiyyətlidir. Gürcüstan dövlətinin ən böyük milli azlığı olan azərbaycanlılar da daxil olmaqla, bütün milli azlıqlar təbii ki, ölkələrinin bu istiqamətdə atdığı addımları daim dəstəkləyirlər. Biz ümid edirik ki, məruzədə vurğulandığı kimi, Gürcüstan hakimiyyəti bundan sonra da milli azlıqların haqlarının qorunması, onların cəmiyyətə daha çox inteqrasiyası, dövlətin və cəmiyyətin idarə olunması istiqamətində görülən işləri daha da sürətləndirəcəkdir.
Gürcüstan və Azərbaycan artıq neçə ildir ki, AŞ üzvləridir. Amma hər iki ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində ciddi nəticələr yoxdur. Beynəlxalq nəzarətdən kənar “boz zonalar” Avropanın təhlükəsizliyi üçün də ciddi təhdiddir. Gürcüstanın ərazi bütövlüyünün pozulması, təbii ki, ölkənin bütün sahələrdə sürətli inkişafına böyük maneələr törədir. Biz Parlament Assambleyası olaraq, bu məsələdə Gürcüstana dəstəyimizi daha da artırmalıyıq. Gürcüstan və xalqı bizdən Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində AŞ-ın səylərini daha da artırmasını gözləyir”.
Digər Avropa ölkələrindən olan deputatların çıxışlarında Gürcüstanın apardığı xəttə baxışlarda fərqlər olsa da, ümumi rəy bundan ibarət olmuşdur ki, ölkə inkişafdadır və AŞPA qarşısında öhdəsinə götürdüyü vəzifələri tam həcmdə yerinə yetirmək üçün daim səyini artırır.