Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
AŞPA iclasında deputatlarımız Tomas Hammarberqə sualla müraciət etmişlər

Aprelin 13-də günün ikinci yarısında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqin rəhbərlik etdiyi təşkilatın 2010-cu ildəki fəaliyyəti ilə bağlı hesabatı dinlənilmişdir. Sonra komissar ona ünvanlanmış suallara cavab vermişdir. Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Rafael Hüseynov da T.Hammarberqə sualla müraciət etmişlər.
Qənirə Paşayevanın sualı: AŞ məkanında ən böyük insan haqları pozuntularından biri-15 ildən artıqdır öz evlərinə dönə bilməyən 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün Ermənistan tərəfindən tapdanan hüquqlarının bərpası istiqamətində İnsan Hüquqları üzrə Komissar kimi hansı işləri görürsünüz və ya görməyi planlaşdırırsınız? Bu insanların hüquqları Ermənistan tərəfindən kobud çəkildə pozulmaqda davam edir. Eyni zamanda, mən sizin diqqətinizə bir məsələni də çatdırmaq istəyirəm. Bu il martın 8-də erməni snayperi Ağdam rayonunun 9 yaşlı sakinini, kiçik bir uşağı –Fariz Bədəlovu hədəfə alaraq qətlə yetirmişdir. Tək övladını itirmiş ana Sizdən bir İnsan Hüquqları Komissarı kimi bu cinayətin törədənlərin layiqli cəzasını alması istiqamətində dəstək göstərməyinizi gözləyir.
Tomas Hammarberqin cavabı: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, hesab edirəm ki, hamımız razılaşarıq kı, bu problemin siyasi və dinc yolla həlli yeganə həll yoludur. Beynəlxalq ictimaiyyət də qəbul edir ki, bu münaqişənin sülh yolu ilə tənzimlənməsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bunun məsuliyyəti ilk növbədə Minsk qrupu üçlüyünün üzərinə düşür. Ümüd edirəm ki, münaqişənin həllindən sonra artıq humanitar problemlər və insan hüquqları məsələləri ilə məşqul ola biləcəyik. Son vaxtlar həmsədrlər çox büyük fəaliyyət göstərirlər. Amma münaqişənin sülh yolu ilə həlli, eləcə də insan hüquqlarının vəziyyəti, ilk növbədə, tərəflərin öz siyasi iradəsindən asılıdır.
Milli Məclisin deputatı Rafael Hüseynov komissara bu sualla müraciət etmişdir: Son 10 ildə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyona yaxın azərbaycanlının pozulmuş hüquqlarının bərpası ilə əlaqədar dəfələrlə müraciətlər etmiş, suallar vermişik. Ümumi sözlərdən ibarət cavablar eşidib nəticə görməmişik. İndi sualım daha insanlar haqqında deyil, Ermənistanın işğalı altındakı Azərbaycan torpaqlarında olan heyvanlarla bağlıdır. Ermənistanın zəbt etdiyi ərazilərdəki suları vaxtaşırı olaraq müxtəlif radioaktiv və bioloji tullantılarla zəhərləməsi nəticəsində bir sıra balıq növləri məhv olmuş, meşələrin amansızcasına qırılması nəticəsində bir sıra quşların və heyvanların normal həyat və artım şəraiti pozulmuş, bu isə öz növbəsində onların kütləvi ölümünə və sürətlə azalmasına gətirib çıxarmışdır. Nəzarətsiz ərazilərdə Ermənistanın saldığı narkotik plantasiyalardan məhsulu topladıqdan sonra izi itirmək üçün həmin torpaqları yandırması səbəbindən bir çox gəmiricilər kütləvi şəkildə qırılmış, bir qisminin nəsli, bir növ kimi, yoxa çıxmışdır. Təbiətdəki balansın pozulması ilə nəticələnən bu hadisələrin də son zərbəsi, əlbəttə ki, insanlara dəyir. Ermənistanın Azərbaycana təcavüzü məsələsində insanların haqlarının qorunması sahəsində öyünüləsi nailiyyətləriniz yoxdur. Heç olmazsa, arzu edilən müəyyən nəticələrin heyvanların hüquqlarının qorunmasında görə biləcəyikmi?”.
Tomas Hammarberqin cavabı belə olmuşdur: Hesab edirəm ki, İnsan Hüquqları üzrə Komissar mandatım heyvan hüquqlarının qorunmasını nəzərdə tutmur. Əlbəttə ki, biomüxtəlifliyin pozulması, heyvanların yetişdirilməsi, düzgün qida, təmiz həyat tərzi keçirmək hüquqları bu və ya digər formada insan hüquqlarına təsir göstərir. Bizim insan haqları sahəsində çoxlu işlərimiz vardır. Mən öz mandatımı bu sahəyə doğru artırmaq istəməzdim. Amma qaldırdığınız məsələlərlə bağlı mənə daha ətraflı məlumat verə bilərsinizsə, bunu nəzərdən keçirə bilərəm.