Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

“Toyota” Şimali Amerikadakı bütün zavodlarının fəaliyyətini dayandırır

Yaponiyanın “Toyota” avtokonserni Şimali Amerikada avtomobil yığımı ilə məşğul olan bütün zavodlarının fəaliyyətini dayandırmaq qərarına gəlib.

Buna səbəb zəlzələ və sunamidən sonra Yaponiyadan Şimali Amerikaya ehtiyat hissələrinin çatdırılmasında yaranmış fasilələrdir.

Şirkətin nümayəndəsi Mayk Qoss bildirib ki, bu məcburi addım 25 min əməkdaşa zərər vuracaq: “Amma müvəqqəti fasilə olduğundan, kiminsə işdən çıxarılması gözlənilmir”. Bununla belə, M.Qoss bu fasilənin nə qədər davam edəcəyi haqda açıqlama verməyib.

Qeyd edək ki, Şimali Amerikada “Toyota”nın 10-dan artıq müəssisəsi fəaliyyət göstərir. Onlar ehtiyat hissələrinin 15%-ni Yaponiyadan alırlar.

Yaponiyanın “Nissan” avtokonserni də analoji səbəbdən ABŞ və Meksikadakı dörd zavodunda istehsalı dayandırmaq qərarına gəlib.