Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər

Avropada borc böhranı yenidən baş qaldırıb. Belə ki, Fransa və Almaniya Portuqaliyanın İspaniyanı ötüb keçməsinin qarşısını almaq üçün rəsmi Lissabonu Avropa Yardım Fondundan istifadəyə məcbur etməyə çalışır. Bu barədə Almanyanın nüfuzlu “Der Şpieqel” qəzeti məlumat yayıb. Fransa hökuməti məsələ ilə bağlı şərh verməyib. Analitiklərin hesablamalarına görə, Portuqaliyaya ediləcək maliyyə yardımının həcmi 100 milyon avro dəyərində ola bilər. Portuqaliya bu yardıma ehtiyacı olmadığını iddia edir. Ekspertlər isə bunun İrlandiyada baş verənlərə oxşadığını bildirir. İrlandiya da iqtisadi çətinliklər zamanı maliyyə yardımına ehtiyacı olmadığını iddia edirdi.

Qeyd edək ki, Yunanıstan, Portuqaliya və İrlandiyadan fərqli olaraq İspaniya Avrozonanın iqtisadi imkanlarının 10 faizini özündə cəmləyir. Fond birjalarında İspaniya borc sənədlərinin qiyməti 5,5 faiz artdığı halda Almaniya borc sənədləri sadəcə olaraq 2,9 faiz arta bilib. Almaniya iqtisadiyyatı İspaniya və Portuqaliya ilə müqayisədə daha güclü olsa da, ekspertlər onun avrozonanın digər ölkələrinə yardım edəcəyi təqdirdə imkanlarının zəifləyəcəyini bildirir.