Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Erməni diasporu Knessetdə öz sadiq lobbiçisini itirmişdir
 
Merets partiyasının rəhbəri, İsrail parlamentinin ermənipərəst deputatı Xaim Oron (Cumas) parlamentdəki dostları və həmkarları ilə vidalaşmışdır. AzərTAc İsrailin İzRus portalına istinadla xəbər verir ki, Xaim Oron uzun illər İsraildə Ermənistanın və erməni diasporunun mənafelərinə lobbiçilik edirdi.
Xaim Oron son illər hər dəfə erməni soyqırımının tanınması məsələsini Knessetin müzakirəsinə çıxarırdı. Düzdür, erməni soyqırımını tanımaq üçün Knesseti inandırmaq cəhdlərinin hamısı boşa çıxmışdı, lakin o, həmin məsələni dönə-dönə qaldırırdı. Xaim Oronun Knessetdən getməklə erməni diasporu bu qurumda öz maraqlarının ən sadiq lobbiçisini itirmiş olur.
Erməni diasporunun əsas lobbiçisi təxminən 20 illik parlament fəaliyyətindən sonra özünün 71-ci ad günü ərəfəsində siyasətdən uzaqlaşır. Onu əslən Vilnüsdən olan Zaxava Qalyon əvəz edəcəkdir. Ən radikal solçu sionistlər cinahına aid olan Qalyon son illərdə solçular düşərgəsinin çox fəal nümayəndələrindən biri kimi tanınmışdır.