Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
17-23 yanvar 2019-cu il
2 (1050)
10-16 yanvar 2019-cu il
1 (1049)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Məşhur dissident, rusiyalı yazıçı, siyasi və ictimai xadim, alim-neyrofizioloq Vladimir Bukovski SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovu insanlığa qarşı cinayətlərdə ittiham edərək onun həbs edilməsinə çalışır.  “Exo Moskvı”ya istinadən verdiyi xəbərə görə, Vladimir Bukovski hesab edir ki, Qorbaçov Sovet ordusundan istifadə olunaraq 1989-91-ci illərdə Bakı, Tiflis və Vilnüsdə antisovet çıxışlar edən mülki əhalinin nümayişlərinin yatırılmasına dair əmrinə görə məsuliyyətə cəlb olunmalıdır. O qeyd edib ki, bu qırğınlar nəticəsində yüzlərlə insan ölüb, ən azı 2
min insan yaralanıb.

Dünən Londonun Vestminsterski Magistrat Məhkəməsi Bukovskinin keçmiş SSRİ liderinin sorğulanması və həbsinə dair ərizəsini qəbul etməyib. Bu gün isə hüquq müdafiəçisinin nümayəndələri ərizənin qəbul olunmaması ilə bağlı şikayət etmək niyyətindədirlər. Bu barədə Vladimir Bukovskinin özü əlumat verib. Onun sözlərinə görə, hakim qərarı bağlı qapılar arxasında “Sovetin daha pis “telefon hüququ” ənənələri” üzrə qəbul edib.

Məhkəmə həbs barədə qərarı Qorbaçovun guya Rusiyanın rəsmi nümayəndəsi olmasına istinadən edərək qəbul etməkdən imtina edib. Bukovski isə öz növbəsində bu sübutları təkzib edir və kommunistlərin kütləvi qırğın qurbanları üçün ədalətin əldə olunması istiqamətində sonadək mübarizə aparacağına vəd verib.

Xatırladaq ki, 1990-cı ilin 20 Yanvar tarixində SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet ordu hissələri həm quru, həm dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək 130-dən artıq silahsız insanı qətlə yetirib. Həmin gün Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi, Qorbaçov isə Azərbaycan xalqının qan düşməni kimi daxil olub.