Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Yaponiyada qəzalı vəziyyətdə olan 'Fukusima-1' atom-elektrik stansiyasından radioaktiv maddələr yayılmaqda davam edir. Radioaktiv yod-131 artıq Rusiya və Ukraynaya da çatıb. Sakinlərin həyatı üçün təhlükənin olmadığı bildirilsə də, ekoloqlar bu fikirdə deyillər. Radioaktiv bulud daha əvvəl ABŞ və Kanadada, 3 gün əvvəl isə Fransa, Bolqarıstan, Çexiya və Finlandiyada aşkar edilib. Bu gün Şotlandiyanın Qlazqo şəhərində də havada radioaktiv yod-131 izləri qeydə alınıb. Cənubi Koreyanın nüvə təhlükəsizliyi institutu isə Seul və daha 7 rayonda yod-131-in aşkar edildiyini bəyan edib.

Bu arada, qəzalı 'Fukusima-1' atom-elektrik stansiyası ərazisində yüksək dərəcədə toksik olan plutonium aşkar edilib. Stansiyanın operatoru olan Tokio Energetika Şirkəti aşkar olunmuş plutoniumun risk yaratmadığını bəyan edib. Lakin Yaponiyanın nüvə və sənaye təhlükəsizliyi agentliyi hesab edir ki, torpaqda plutoniumun mövcudluğu reaktorun müdafiə örtüyünün dağılmasına gətirib çıxara bilər. Nüvə reaksiyalarının nəticəsi olan plutonium güclü kanserogen və AES-də ən təhlükəli elementlərdən biri hesab edilir. Agentlik sədrinin müavini Hideiko Nisiyama dəniz suyunda hazırda radioaktivliyin yüksək olaraq qaldığını deyib. Onun sözlərinə görə, AES-dən 20 kilometr məsafədə evakuasiya aparılıb, radioaktiv yod-131 isə 8 gündən sonra öz təsirini itirir.

Bu arada, 'Fukusima-1' atom-elektrik stansiyasının üzərini xüsusi örtüklə bağlamaq nəzərdə tutulur. Bunun əsas məqsədi ərazidəki radioktiv hissəciklərin ətrafa yayılmasının qarşısını almaqdır. Mütəxəssislər 1, 2 və 3-cü reaktorların üzərini bu tip örtüklə örtmək niyyətindədirlər. İlkin olaraq, zədələnmiş reaktorların üzərini xüsusi rənglə rəngləmək nəzərdə tutulur. Bundan başqa, reaktordan çıxan radioaktiv suyu toplamaq üçün tankerdən də istifadə ediləcək.

Martın 11-ində baş vermiş zəlzələ və sunamidən zərər çəkən minlərlə adam isə müvəqqəti sığınacaqlarda yardım gözləyir. Yaponiya imperatoru Akihito zərərçəkənlərə baş çəkib. İmperator və onu müşayiət edən imperatriçə Miçiko Tokioda 300 nəfərin yerləşdirildiyi sığınacağa gələrək, burada məskunlaşanlarla 1 saat vaxt keçirib. Qeyd edək ki, burada məcburi köçkünlərin hər birinə gündəlik yemək və sair xidmətlər üçün 24 dollar dəyərində kupon verilir.