Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Yaponiyadakı zəlzələ və ardınca baş verən sunami nəticəsində ölən və itkin düşənlərin sayı 13 min nəfərə çatıb. Məlumatı Rusiyanın RBK agentliyi Yaponiyanın “Kyodo news” agentliyinə istinadən yayıb. Yaponiyanın Milli Polis Agentliyinin məlumatına görə, ölkənin 12 prefekturasında 4 min 314 nəfərin öldüyü rəsmən təsdiqlənib. 8 min 606 nəfər isə itkin düşmüş sayılır. Qeyd edək ki, bir qədər əvvələdək 10 mindən çox adamın öldüyü və itkin düşdüyü bildirilirdi.

Hazırda Yaponiyada təbii fəlakətin nəticələrinin aradan qaldırılması əməliyyatlarına 80 minə yaxın xilasedici, yanğınsöndürən və polis əməkdaşı cəlb edilib.

Xatırladaq ki, martın 11-də Yaponiyada ən güclüsü 9 bal olmaqla ardıcıl zəlzələlər baş verib. Bu, XIX əsrdən bu yana Yapoinya tarixində ən güclü zəlzələdir. Yeraltı təkanlar və ardınca baş verən sunami dünyanın texnologiya nəhənginin şima-qərb rayonlarına böyük həcmdə ziyan vurub. Bundan başqa, Fikusimadakı atom kompleksində (“Fukusima-1” və “Fukusima-2” stansiyaları) fövqəladə vəziyyət rejimi elan edilib. Stansiyadarda bir neçə partlayış baş verib və radiasiya sızması davam edir.