Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Rusiya və Avropa Birliyi arasında uzun illərdir boru kəməri ilə bağlı davam edən fikirayrılığı “Nabucco” və “Cənub axını”nın birləşməsi ilə nəticələnə bilər. Bunu İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində ABŞ-ın İtaliyadakı səfiri Devid Torn bildirib.

Onun sözlərinə görə, bu nəzər nöqtəsini bu gün Rusiyanın Avropada “Cənub axını” qaz kəmərinin tikintisində əsas tərəfdaşı olan İtaliyanın “Eni” şirkəti bölüşür. O bildirib ki, “Eni” şirkəti “Nabucco” və “Cənub axını” qaz kəmərlərinin birləşməsi ilə mövqeyini dəyişib: “Bu dəyişikliklər “Eni”nin rəhbəri Paolo Skaroni ilə çoxsaylı görüşlərdən sonra əldə olunub və deyərdim ki, biz bu gün konstruktiv dialoq fazasındayıq”.

İtaliyanın qaz nəhəngi olan “Eni” şirkəti “Cənub axını” layihəsinin əsas Avropa tərəfdaşı hesab olunur. Bu kəmər Ukraynadan yan keçməklə Avropaya qazın tədarükünü nəzərdə tutur. 

Rusiyanın “Qazprom” şirkəti isə “Nabucco”nun tikilməsinə qarşı deyil və hesab edir ki, bu kəməri doldurmaq avropalıların öz problemidir. Bunu Almaniyanın “Spiegel” jurnalına müsahibəsində “Qazprom”un rəhbəri Aleksey Miller bildirib. Onun sözlərinə görə, “Qazprom” heç də “Nabucco”nun əleyhinə deyil: “Əgər avropalılar “Nabucco”nu tikmək istəyirlərsə, onu tikməlidirlər. Biz bunun əleyhinə deyilik, amma onu qazla doldurmaq onların problemidir. Bizim məqsədimiz üzərimizə götürdüyümüz müqavilə şərtlərini yerinə yetirmək və istehlakçılarımızı qazla təmin etməkdir”. 

A. Miller qeyd edib ki, "Qazprom" "Nabucco"nun hansısa bir iştirakçısının eyni zamanda “Cənub axını”nda iştirak etmək istəyində heç bir problem görmür.