Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Yaponiyada 900 adamın həlak olduğu, 1600 nəfərin itkin düşdüyü müəyyən edilmişdir 
 
AzərTAc xəbər verir ki, Yaponiya Baş Polis İdarəsinin növbəti məlumatlarına görə, martın 11-də ölkədə baş vermiş 8,8 bal gücündə dağıdıcı zəlzələ nəticəsində həlak olanların və itkin düşənlərin sayı 2,5 min nəfəri ötmüşdür.
Ölkə hökuməti hələlik 900 adamın həlak olduğunu rəsmən təsdiq etmişdir. Bəzi prefekturalarda itkin düşənlərin sayı 1,6 min nəfərə çatmış, yüzlərlə adam yaralanmışdır.
Xilasetmə əməliyyatlarının iştirakçıları arasında da qurbanlar vardır. Zəlzələdən daha çox ziyan çəkmiş Miyaqi, İvate və Fukusima prefekturalarında polislər arasında itkilər vardır. Daha 55 polis işçisi ilə əlaqə kəsilmişdir.
Ölkənin şimal-şərqində 10 metrlik sunami dalğalarının öz ağuşuna aldığı bir neçə yaşayış məntəqəsi xarabazara çevrilmişdir.
Yeni güclü təkanlar və sunami təhlükəsi səbəbindən həmin bölgələrdə geniş xilasetmə işlərinə hələ başlanmamışdır.