Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Rusiyanın Smolensk regionu yaxınlığında Polşa prezidenti Lex Kaçinskinin 2010-cu il aprelin 10-da "Tu -154" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın yekun nəticələrinə dair hesabat təqdim olunub. Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina bu gün keçirilən mətbuat konfransında bunu açıqlayıb. Komissiyanın gəldiyi qənaətə görə, 1 nömrəli göyərtənin ekipajına güclü psixoloji təzyiq olduğundan pilotlar qərarlara etiraz nümayiş etdirə bilməyiblər. 

Dövlətlərarası Aviasiya Komitəsi hesab edir ki, "Tu -154”ün ekipajı ehtiyat aerodroma keçəcəkləri halda, Lex Kaçinskinin mənfi reaksiyasından çəkinib. Ekipaj göyərtədə psixoloji təzyiq olduğundan ehtiyat aerodroma keçmək qərarını verməyib, əvəzində pis hava və görmə şəraitində yerə enməyi qərara alıb. Həmçinin prezidentin təyyarəsinin pilotlarının pis hazırlıq keçdiyi qeyd olunur. Bundan başqa, hesab edilir ki, ekipajın bu addımlarına pilot kabinəsində Polşa hərbi hava qüvvələrinin baş komandiri Andjey Blasikin olması da təsir göstərib. Andjey Blasikin isə içkili olduğu müəyyən edilib. 

Artıq hesabata Polşa tərəfi də münasibət açıqlayıb. Polşa hökumətinin mətbuat katibi Pavel Qras bildirib ki, onlar hesabatı alandan sonra onu polyak dilinə çevirəcəklər. Bundan sonra isə hesabat xarici işlər naziri Eji Millerə təqdim olunacaq. Polşa tərəfi hesabatda onların göndərdiyi qeydlərin öz əksini tapıb tapmadığını yoxladıqdan sonra mövqeyini açıqlayacaq. Dövlətlərarası Aviasiya Komitəsindəki Polşa nümayəndəsi Edmund Klix rəsmi Varşavanın məlumatlarının hesabatda öz əksini tapdığına şübhə ilə yanaşdığını deyib.
Hesabat açıqlandıqdan sonra isə İtaliyada məzuniyyətdə olan Polşa baş naziri Donald Tusk istirahətini yarımçıq qoyaraq təcili ölkəsinə qayıdıb.


"Dövlətlərarası Aviasiya Komitəsinin “Tu-154” təyyarəsinin qəzası ilə bağlı hazırladığı hesabatda irəli sürülən sübutlar kifayət etmir və Polşa tərəfinə qarşı birtərəfli təhqir kimi qəbul edilir". Bu sözləri Polşanın mərhum prezidenti Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski bu gün keçirdiyi mətbuat konfransında deyib. 

“Bu məruzə heç bir sübut olmadan bütün günahı polşalı pilotların üzərinə yıxır. Məruzə- Polşanı ələ salmaq deməkdir”,- deyə Y. Kaçinski bildirib. 

Y. Kaçinski məruzədə mərhum qardaşının pilotlara psixoloji təsir göstərməsi haqda qeyd edilənləri də təkzib edib: “Qardaşımın sui-qəsd kimi vərdişləri olmayıb”. 

Xatırladaq ki, anın tədbirlərində iştirak etmək üçün Polşa nümayəndə heyəti ilə birlikdə Xatına gedən prezident Lex Kaçinskinin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtədəki 96 nəfərin hamısı həlak olub.