Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Liviyanın Əz-Zaviyyə şəhəri Müammər Qəddafiyə sadiq tank hissəsinin hücumu nəticəsində tamamilə dağılıb. Bu barədə məlumatı şahidlər veriblər. Ötən gün 50 tank və 100-dən çox yük maşını şəhərə girib. Şahidlər şəhərin tamamilə dağıldığını bildirsələr də, tələfatla bağlı məlumat yoxdur.

Xatırladaq ki, Əz-Zaviyyə şəhərində bu vaxtadək Müammər Qəddafinin tərəfdarları və əleyhdarları arasında yağır döyüşlər gedirdi. Qəddafiyə loyal qüvvələr nümayişçilərə tanklardan atəş açıblar.

“Hətta İraqda da görünməmih döyüşlər gedir”, - deyə şahidlər bildiriblər. “Əl Cəzirə” telekanalının məlumatına görə, tanklardan yaşayış evlərinə də atəş açılıb. Son günlər ərzində davam edən döyüşlərdə neçə nəfərin öldüyü məlum deyil. Lakin yerli həkimlər onlanla adamın öldüyünü bildirirlər.

Liviyanın əyalətlərində 42 ildir ölkəyə rəhbərlik edən Müammər Qəddafinin istefası tələbi ilə aksiyalar fevralın 15-dən keçirilir. Beynəlxalq təşkilatların məlumatına görə, hakimiyyət nümayişləri amansızlıqla yatırır. Liviyüa insan hüquqlarını müdafiə Liqasının nüiayəndəsi Əli Zəidanın məlumatına görə, təhlükəsizlik qüvvələri və əcnəbi muzdluların aksiya iştirakçıları ilə toqquşmaları nəticəsində təxminən 6000 adam həlak olub. BMT-nin məlumatına görə, Liviyadakı kütləvi iğtişaşlardan xilas olan qaçqınların sayı 180 min nəfəri ötüb.