Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Serbiya və Kosovo Avropa Birliyinin himayəsi ilə birbaşa dialoqa başlayıblar. Ötən axşam hər iki tərəfin nümayəndələri Kosovonun müstəqilliyini elan etməsindən sonra üç il ərzində ilk dəfə Brüsseldə danışıqlar masası arxasına keçiblər. Nümayəndə heyətlərinə Kosovonun baş nazirinin müavini Edita Tahiri və Serbiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi Borko Stefanoviç başçılıq edirlər.

Nümayəndə heyətlərinin başçıları ayrı-ayrılıqda jurnalistlər üçün qısa bəyanatla çıxış ediblər. Edita Tahiri bəyan edib ki, konstruktiv ruhda işləyəcəklər. Borko Stefanoviç isə əmin edib ki, qarşı tərəfin əlini sıxmağa hazırdır.

“Danışıqlar nə qədər lazımdırsa, o qədər davam edəcək və istənilən məsələ müzakirə edilər bilər”, - deyə Borko Stefanoviç bildirib. O, etiraf edib ki, dialoq asan olmayacaq və möcüzə gözləməyə dəyməz. Bununla belə, onun sözlərinə görə, Serbiya tərəfi konstruktiv olmağı və çeviklik nümayiş etdirməyi vəd edir.

Edita Tahiri ümid etdiyini vurğulayıb ki, danışıq tərəfləri fikir ayrılıqlarının öhdəsindən gələ biləcəklər.

Dialoqun əvvəlində etnik albanlar və serblər də daxil olmaqla Kosovo əhalisinin gündəlik həyatına dair texniki məsələlərə toxunulacaq. Görüşü təşkil edən Avropa Birliyinin nümayəndəsi bildirib ki, dialoq qeyri-formal qaydada aparılacaq. Danışıqların birinci mərhələsində Kosovonun statusunun müzakirəsindən söhbət getməyəcək. Priştina hesab edir ki, bu məsələ artıq yekunlaşıb. Serbiya isə Kosovonu hələ də öz əyaləti sayır.

Həm Priştina, həm də Belqrad Avropa Birliyinə üzvlüyə cəhd edir. Bu məqam Brüsselə tərəfləri birbaşa dialoqa məcbur etəmk üçün arqument verib. Avropa Birliyinə üzvlüyə hazırlıq hazırkı dialoqun mövzusu olmayacaq. Lakin Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Ketrin Eşton bəyan edib ki, dialoqun başlaması həm Belqrad, həm də Priştina üçün Birliyə üvzlüyə yaxınlaşmaq üçün yaxşı şansdır.