Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Bu gecə yerli vaxtla saat 00.00-dan (Bakı vaxtı ilə 02.00) etibarən Türkiyənin daxili işlər, ədliyyə və nəqliyyat nazirləri tutduqları vəzifədən istefa verib. ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlərin bu addımı qanunvericilikdə nəzərdə tutulan məcburiyyətdir. Qeyd edək ki, ölkədə parlament seçkilərinin keçiriləcəyinə dair xəbər rəsmi qəzetdə yayımlandıqdan 5 gün sonra Konstitusiyanın 114-cü maddəsinə görə, daxili işlər, ədliyyə və nəqliyyat nazirləri istefa verməlidir.

Baş nazir Rəcəb Tayyib Ərdoğan Konstitusiyanın müvafiq maddəsinə görə daxili işlər naziri Beşir Atalayın yerinə dövlət müstəşarı (DM) Osman Günəşi, ədliyyə naziri Sadullah Erginin yerinə DM Əhməd Qəhramanı, nəqliyyat naziri Binali Yıldırımın yerinə DM Həbib Soluku təyin edib.

Xatırladaq ki, Türkiyədə keçiriləcək seçkilərdə millət vəkilliyinə namizəd olmaq istəyən dövlət məmurlarının, inzibati işçilər, hərbçilər, müəllimlər və başqaları da xəbərin rəsmi qəzetdə çıxmasından 1 həftə sonra vəzifələrindən istefa vermələridirlər.