Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
17-23 yanvar 2019-cu il
2 (1050)
10-16 yanvar 2019-cu il
1 (1049)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Liviya lideri Müəmmar Qəddafi ötən gecə Yunanıstanın baş naziri Yorqos Papandreuya zəng edib. Məlumata görə, Qəddafi telefon zəngi zamanı ölkədəki vəziyyət haqda danışıb və Liviyaya kənardan hər hansı bir kənar müdaxilənin olmaması ilə bağlı xəbərdarlıq edib. Qəddafi söhbət əsasında Yunanıstanın baş nazirinə deyib ki, Liviyanın təhlükəsizlik və stabiliyinə ediləcək müdaxilə mütləq Şimali Afrika, Aralıq dənizi və Avropaya təsir edəcək.

Qeyd edək ki, Yunanıstanın hakimiyyət mənbələri ölkənin dövlət agentliyinə telefon danışığı faktını təsdiqləyiblər. Yunanıstan dövlət agentliyinin yaydığı məlumata görə, öz növbəsində baş nazir Qəddafiyə BMT Təhlükəsizlik Şurasının Liviyaya qarşı tətbiq etdiyi qətnamələr haqda düşünməyə, eləcə də humanitar böhranın qarşısını almaq və dinc sakinlərin öldürülməsinin qarşısını almağa çağırıb.

Xatırladaq ki, fevralın 27-də BMT Təhlükəsizlik Şurası Liviya rəhbərliyinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməni qəbul edib. Qurumun Müəmmar Qəddafi rejimi əleyhdarlarının öldürülməsinin qarşısının alınmasına xidmət edən tədbirləri Liviya ilə silah ticarətinə embarqonun qoyulmasını, Liviya liderinin, onun 9 ailə üzvünün, eləcə də 6 yaxınının xarici səfərlərinə qadağa qoyulmasını, Müəmmar Qəddafinin, oğlunun və daha dörd ailə üzvünün bank hesablarının dondurulmasını nəzərdə tutur.

42 ildir ölkəyə rəhbərlik edən Müəmmar Qəddafinin istefası tələbi ilə kütləvi aksiyalar fevralın 15-dən başlayıb. BMT-nin məlumatına görə, indiyədək iğtişaşlar nəticəsində 1000-dən çox adam ölüb. Liviya hakimiyyəti qiyamçılara qarşı daha sərt tədbirlər görüləcəyini bəyan edib.