Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kameron birgə səylərlə Liviyada zorakılığın dayandırılması və ölkə lideri Müammər Qəddafinin istefasına nail olmaqla bağlı razılığa gəliblər.

“Birgə hədəfimiz zorakılığın dərhal dayandırılması və mümkün qədər tez bir zamanda Qəddafinin hakimiyyətdən uzaqlaşdırılması, eləcə də səlahiyyətlərin Liviya xalqının gözləntilərinə uyğun hökumətə verilməsi olmalıdır”, - deyə Ağ Evin mətbuat xidmətinin iki liderin telefon danışığı ilə bağlıy aydığı məlumatda deyilir. Prezident və baş nazir qərara alıblar ki, vəziyyətin təhlilini və Liviyadakı hadisələrə o cümlədən NATO qüvvələri ilə reaksiyanın bütün müimkün variantlarının planlaşdırılmasını davam etdirsinlər. Barak Obama və Devid Kameron Liviya xalqına qarşı zorakılığın qarşısının alınması üçün beynəlxalq səylərin əlaqələndirilməsi məsələsini də müzakirə ediblər.

Liviyanın əyalətlərində 42 ildir ölkəyə rəhbərlik edən Müammər Qəddafinin istefası tələbi ilə aksiyalar fevralın 15-dən keçirilir. Beynəlxalq təşkilatların məlumatına görə, hakimiyyət nümayişləri amansızlıqla yatırır. Liviyüa insan hüquqlarını müdafiə Liqasının nüiayəndəsi Əli Zəidanın məlumatına görə, təhlükəsizlik qüvvələri və əcnəbi muzdluların aksiya iştirakçıları ilə toqquşmaları nəticəsində təxminən 6000 adam həlak olub. BMT-nin məlumatına görə, Liviyadakı kütləvi iğtişaşlardan xilas olan qaçqınların sayı 180 min nəfəri ötüb.