Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
17-23 yanvar 2019-cu il
2 (1050)
10-16 yanvar 2019-cu il
1 (1049)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Almaniya Bundesdaqı bu gün işıqsız qalıb. Elektrik naqillərinin tam olaraq sıradan çıxması nəticəsində alman parlamentinin fəaliyyətində fasilələr yaranıb. Sıradan çıxan naqillər isə Berlinin Mitte rayonunun mərkəzi küçələrinin birindən keçən işıq kabelləri olub.

Bundesdaqın yaydığı məlumata görə, nasazlıq parlamentin iclaslarının keçirildiyi Reyxstaqa təsirsiz ötüşməyib. Həmçinin Berlinin hökumət binalarının yerləşdiyi bir sıra məhəllələr də qaranlığa qərq olub.

Məlumata görə, parlametndə işləyən ancaq telefonlar olub. Liftlər, elektrik açılan qapılar, deputatların kompüterləri də sıradan çıxıb.

“Vattenfal Europe” enerji konsernin nümayəndəsinin sözlərinə görə, Berlinin Foss-ştrasse küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar 3 elektrik naqili zədələnib. Alman parlamentinin nə vaxta qədər işıqsız qalacağı hələ də məlum deyil. Hazırda problemin aradan qaldırılması ilə əlaqədar işlər aparılır.