Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Tbilisidə erməni saxtakarlığını ifşa edən daha bir kitab işıq üzü görmüşdür

Tarix elmləri doktoru Quram Marxulia ermənilərin iç üzünü, tarixi faktları öz xeyirlərinə saxtalaşdırmaq niyyətini ifşa edən xeyli sayda kitabın müəllifidir.
Bu günlərdə alimin daha bir kitabı – “Ermənilər Ermənistan axtarışında” adlı yeni kitabı çapdan çıxmışdır. 295 səhifəlik bu kitab Tbilisinin “Universal” nəşriyyatında rus dilində işıq üzü görmüşdür. Kitabın sonunda ingilis dilində qısa xülasə də verilmişdir.
“Ermənilər Ermənistan axtarışında” kitabı “Ermənistanın mövcudluğu haradan başlanır?”, “Üzdəniraq “erməni məsələsinin”, yaxud erməni təhlükəsinin baş qaldırması”, “Daşnaksutyun partiyasının baş xətti”, “Türkiyədə erməni manevrləri”, “Ermənistanın paytaxtı Azərbaycanın İrəvan şəhəridir”, “Ermənilər Tiqranakert axtarışında və Ermənistanın Azərbaycana qarşı təcavüzü”, “Samtsxe-Cavaxetiyə erməni baxışı”, “Ermənilərin terrorçu təşkilatları”, “Erməni terrorçularının fəaliyyətinin xronoloji icmalı” başlıqlı fəsillərdən, əlavələr və biblioqrafiyadan ibarətdir.
Kitabın redaktoru tarix elmləri doktoru, professor B.Y.Kvarasxelia, rəyçiləri tarix elmləri doktorları N.B.Berulava və N.Y.Darsaniadır.
Müəllif yeni kitabında geniş elmi ədəbiyyatlara və tarixi sənədlərə əsaslanaraq ermənilərin ərazi iddialarının tarixinə və onların işğalçılıq planlarına aydınlıq gətirmişdir. Burada Azərbaycan ərazisində “erməni vilayəti”nin yaradılması, Cənubi Qafqazda - Gürcüstan və Azərbaycanın tarixi torpaqlarında erməni dövlətinin qurulması, onun mövcudluğu dövründə keçdiyi yol, Ermənistanın meydana çıxması faktının tarixi hadisələrə təsiri məsələləri tədqiq edilmişdir. Həmçinin kitabda ermənilərin Türkiyə, Azərbaycan və Gürcüstan ərazilərində son yüzillikdə törətdikləri vandalizmdən söhbət açılır, erməni separatçılığı və terrorçuluğunun köklərinə diqqət yetirilir, onların qonşu dövlətlərin tarixi ərazilərinə iddiası ifşa olunur. Müəllif gətirdiyi dəlillərini tam əsaslandırmaq məqsədi ilə 222 mənbəyə, o cümlədən erməni mənbələrinə də müraciət etmişdir.
Q.Marxulia “Ermənilər Ermənistan axtarışında” kitabını azərbaycanlı professor Rövşən Mustafayevin əziz xatirəsinə həsr etmişdir.