Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
TürkPA-nın Astanada keçiriləcək ikinci plenar iclasına hazırlıq məsələləri müzakirə olunmuşdur

Bişkek, 4 mart. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov Bişkekdə Qırğızıstan parlamenti - Joqorku Keneş sədrinin müavini Asilbek Jeenbekov ilə görüşmüşdür.
A.Jeenbekov Joqorku Keneşin iş planı, ölkədəki siyasi və sosial-iqtisadi vəziyyətdən danışmış, aparılan islahatlar barədə ətraflı məlumat vermişdir. Parlament sədrinin müavini Qırğızıstanın çətin günlərində onlara dəstək olan TürkPA-yə üzv ölkələrə minnətdarlıq etmişdir.
Səmimi qəbul üçün təşəkkürünü bildirən R.Həsənov aprelin 27-dən 29-dək TürkPA-nın Astanada keçiriləcək II plenar iclasına hazırlıq məsələləri haqqında məlumat vermişdir. Baş katib vurğulamışdır ki, TürkPA-nın ikinci iclası Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliklərinin 20 illiyinə həsr olunacaqdır.
Görüşdə, həmçinin TürkPA-nın və qurumun Katibliyinin
fəaliyyəti ilə bağlı təşkilati məsələlər, reqlamentdə və Katibliyin Nizamnaməsində dəyişikliklər və əlavələr olunması məsələləri də müzakirə edilmişdir.