Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Misirin eks-prezidenti Hüsnü Mübarək hazırda Səudiyyə Ərəbistanının hərbi hospitalında müalicə olunur.  Misirin “Əl-Əxbər” qəzetinə istinadən verdiyi xəbərə görə, onun ölkəni necə tərk etməsi hələ ki, məlum deyil. Belə ki, Misir hakimiyyəti Mübarəkin ölkəni tərk etməsinə qadağa qoyub.

Nəşrin məlumatına görə, sabiq prezident Tabuk şəhərində yerləşən hospitalda hər beş gündən bir (bir saat) kimyəvi üsulla müalicə kursu keçir. Xəstəyə yoğun bağırsağı iltihabı və mədəaltı vəzi xərçəngi diaqnozu qoyulub.

“Əl-Əxbər” yazır ki, Mübarəkin ailə üzvlərinin bir qismi hospitalda onun yanındadırlar.

Qeyd edək ki, Misirin baş prokuroru Əbdel Mahid əl-Mahmud bazar ertəsi Hüsnü Mübarək və onun ailə üzvlərinin ölkədən kənara çıxmasına qadağa qoyub.

“Əl-Yaum əs-Sabina" qəzetinin yazdığına görə isə, keçmiş prezident müalicə üçün Misir xəstəxanalarından birinə yerləşdirilib. Nəşr qeyd edir ki, Mübarək guya gizli şəkildə təyyarə ilə Səudiyyə Ərəbistanına uçmağı planlaşdırıb, lakin baş prokurorun imzaladığı qadağa sərəncamı ilə əlaqədar olaraq onun və ailə üzvlərinin ölkədən çıxmasına imkan verilməyib.