Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Bu gün Belarusda “Birliyin mədəniyyət paytaxtları” proqramının pilot mərhələsi start götürür

MDB ölkələri, Baltikyanı dövlətlər və Gürcüstan jurnalistlərinin mətbuat klubunun rəhbəri Roman Ağayev bildirmişdir ki, fevralın 28-də Qomeldə (Belarus Respublikası) “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramının pilot mərhələsi start götürür. Bu proqram MDB-də tarixi-mədəni irs ili və Müstəqil Dövlətlər Birliyinin 20 illiyinə həsr edilmiş bayram tədbirləri çərçivəsində həyata keçirilir.
MDB Humanitar Əməkdaşlıq Şurasının, Mədəni Əməkdaşlıq Şurasının və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) təşəbbüsü və fəal iştirakı ilə işlənib hazırlanmış bu proqram ilk növbədə MDB üzvü olan dövlətlər arasında mədəni potensialın birləşdirilməsi üçün əlverişli şəraitin yaradılmasına və mədəni əlaqələrin genişləndirilməsinə, iqtisadi və siyasi əməkdaşlıq üçün zəmin yaradılmasına, MDB ölkələrinin ayrı-ayrı ərazilərinin və şəhərlərinin inkişafına, Birliyin beynəlxalq aləmdə statusunun artırılmasına yönəlmişdir.
“Birliyin mədəniyyət paytaxtları” Proqramında MDB üzvü olan bütün dövlətlərin iştirak etməsi nəzərdə tutulur. Proqram haqqında əsasnaməyə görə Birlik üzvü olan ölkələrdə rus əlifbası ardıcıllığı ilə növbəli şəkildə şəhərlərin “Birliyin mədəniyyət paytaxtı” statusu əldə etmək hüququ uğrunda müsabiqələr keçiriləcəkdir.