Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Kiyevdə GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının XIV iclası keçirilmişdir
 
GUAM-ın rəsmi saytında yer almış informasiyaya görə, qurumun Kiyevdəki iqamətgahında Ukrayna XİN-in başçısı Konstantin Qrişşenkonun sədrliyi ilə GUAM ölkələri Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) XIV iclası olmuşdur. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Moldova xarici işlər və Avropa inteqrasiyası naziri Yuri Lyanke, Gürcüstan xarici işlər nazirinin birinci müavini Nikoloz Vaşakidze, GUAM-ın Baş katibi Valeri Çeçelaşvili iştirak etmişlər.
GUAM XİNŞ təşkilatın 2010-cu ildəki fəaliyyəti barədə baş katibin hesabatını dinləmiş, quruma sədrliyin Moldovaya verilməsi barədə qərar qəbul etmiş və 2011-ci ildə Moldovanın GUAM-a sədrliyinin prioritetləri barədə informasiyanı dinləmişdir.
Tərəflər GUAM ölkələrinin BMT, ATƏT və digər beynəlxalq qurumlar yanında diplomatik nümayəndəliklərinin qarşılıqlı fəaliyyət planlarının yerinə yetirilməsi barədə fikir mübadiləsi aparmışlar. XİNŞ GUAM-ın tərəfdaş ölkələr və digər beynəlxalq qurumlarla əməkdaşlıq məsələlərini, o cümlədən Milli Əlaqələndiricilər Şurası səviyyəsində növbəti GUAM-ABŞ və GUAM-Yaponiya görüşlərinin keçirilməsini müzakirə etmişlər.
İclasda GUAM ölkələri Bank Assosiasiyaları Əlaqələndirmə Şurasının və GUAM İşgüzar Şurasının iclasının keçirilməsi üzrə Əlaqələndirmə Komitəsinin “GUAM-ın 2010-cu ildə ən yaxşı bankları” müsabiqəsinə hazırlıq barədə informasiyası dinlənilmiş və bəyənilmişdir.
Bundan əlavə, sahə əməkdaşlığı məsələləri müzakirə edilmiş, GUAM İşçi qruplarının fəaliyyətinin prioritetləri müəyyən edilmişdir.
XİNŞ BMT Baş Məclisinin “Birləşmiş Millətlər Təşkilatı və Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilat – GUAM arasında əməkdaşlıq” barədə qətnaməsinin qurumun cari sessiyasında irəli sürülməsi barədə Gürcüstanın təşəbbüsünü bəyənmiş, Gürcüstanın təklif etdiyi layihəni əsas götürüb, qəti razılaşdırmaq və sonradan BMT BM-də irəli sürmək məqsədi ilə onu GUAM ölkələrinin Nyu-Yorkda, BMT yanında diplomatik missiyalarına göndərməyi qərara almışdır.
XİNŞ “GUAM” və “GUAM+” formatında digər cari əməkdaşlıq məsələlərini də müzakirə etmişdir.
GUAM XİNŞ-in növbəti iclasının yeri və tarixi diplomatik kanallarla razılaşdırılacaqdır.