Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
"İsrailin ötən gün Şərqi Qüdsdə sökülən mehmanxana kompleksinin yerində yəhudi məskənləri üçün evlərin tikilməsi planı Yaxın Şərqdə sülh prosesini pozacaq". ANS PRESS-in BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Hillari Klinton bəyan edib. Qeyd edək ki, fələstinlilər öz tarixi torpaqları olan Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı kimi görürlər. İsrail nümayəndələri isə nəzarətləri altında olan hər yerdə, o cümlədən Şərqi Qüdsdə tikinti aparmaq hüquqlarının olduqlarını bəyan edirlər. “Hər bir ölkə digər dövlətləri məlumatlandırmadan bu kimi fəaliyyətlər həyata keçirmək hüququna malikdir”, - deyə İsrailin infrastruktur naziri Uzi Landau bildirib. İsrail tərəfinin məlumatına görə, “Shepherd” mehmanxana kompleksinin bir hissəsi yəhudi məskənləri üçün 20 evin inşasına ilə əlaqədar sökülüb. Kompleks 1930-cu illərdə inşa edilib. O zaman burada Qüds müftisi Muhəmməd Amin əl-Hüseyni yaşayıb. Otelin hazırki statusu mübahisəlidir. İsrail təkid edir ki, mehmanxana İsrail-Amerika bənnalarına məxsusdur. Fələstinlilər isə deyirlər ki, o, 1967-ci ildə Şərqi Qüdsün İsrail tərəfindən işğalından sonra qanunsuz olaraq zəbt edilib.