Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Yunanıstanın paytaxtı Afinada parlament binası önündə hökumətin ağır iqtisadi planlarına qarşı etiraz aksiyası keçirilib. Aksiya iştirakçı ilə polis arasında toqquşma baş verib. Azı 5 nəfər xəsarət alıb, 20-ə qədər nümayişçi saxlanılıb. Xəsarət alanlardan birinin jurnalist olduğu bildirilir. Aksiyada ümumilikdə 35 minə qədər insan iştirak edib. Aksiya iştirakçıları “varlıların sözünə əməl etməyin, davam edin!” kimi şüarlar səsləndirib. Üzlərinə maska geyinən etirazçıların bir qrupu polisə daş və molotov kokteyli atıb. Zibil yeşiklərinə od vurulub. Bir neçə avtobus dayanacağı dağıdılıb.

Afinanın Sintaqma meydanında polis əməkdaşına hücum olub. Onun paltarı və motosikli yanıb. Özü isə yoldaşlarının sayəsində canını son anda xilas edə bilib. Digər qrup Yunanıstan Mərkəzi Bankının qarşısındakı küçədəki döşəmə daşları yerindən çıxarıb və səkiləri dağıdıb. Polis etirazçıları dağıtmaq üçün göz yaşardıcı qaz və işıq-küy qumbarasından istifadə edib.

Nümayiş dağıldıqdan sonra parlament binasının qarşısında hələ də 500-ə yaxın etirazçı qalır. Şimali Afrikadakı üsyanlardan ruhlandıqlarını deyən etirazçılar hökumət güzəştlər edənə qədər orada qalacaqlarına söz verib.