Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mart ayında Rusiyaya səfər edəcək. Bu haqda Rusiya Dövlət Duması beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev məlumat verib. “Səfər iki ölkə arasında dostluq anlaşmasının imzalanmasının 90-cı ildönümünün qeyd edildiyi tarixə uyğun planlaşdırılıb. Bu, bizim birgə tariximiz və yeni yüzilliyin başlanğıcında münasibətlərimizin səviyyəsini təhlil etməyə yaxşı səbəb olacaq”, - deyə Kosaçev qeyd edib.

Konstantin Kosaçev eyni zamanda əlavə edib ki, ötən il iki ölkə liderinin qərarı ilə yaradılan yüksək səviyyəli əməkdaşlıq şurası görüşlərin müntəzəm xarakter daşımasını nəzərdə tutur: “Hazırkı görüş ötən il əldə edilmiş razılığın reallaşması olacaq”.


Deputatın sözlərinə görə, Ərdoğanın səfəri zamanı ən azı 3 sənəd imzalanacaq. Kosaçevin fikrincə, Türkiyə və Rusiya əməkdaşlıq etmək üçün böyük potensiala malikdir: “İnanıram ki, biz bir-birimizi daha yaxşı tanımalı və anlamalıyıq. Ölkələrimiz arasındakı münasibətlər hələ bu vaxta qədər belə yüksək səviyyədə olmayıb”.