Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Misirin ardınca digər ərəb ölkələrini bürüyən etirazlar getdikcə daha da şiddətlənir. Liviyanın şərqində Benqazi şəhərindəki qarşıdurmalarda 200-ə qədər insan ölüb. "Əl-Cəzirə" telekanalının məlumatına görə, xəstəxanalara vəziyyəti ağır kimi qiymətləndirilən 800-dək yaralı yerləşdirilib. Şahidlərin sözlərinə görə, ölən və xəsarət alanların hamısı odlu silahla vurulub. Kadrlarda hərbçilərin etirazçılara hətta iriçaplı pulemyotlardan atəş açdığı görünür.

Liviyanın paytaxtında vəziyyət demək olar ki, nəzarətdən çıxıb. Artıq dördüncü gündür ki, hökumət qüvvələriylə etirazçılar arasında güclü toqquşmalar səngimir. Artıq bir sıra hərbi birləşmələrin nümayişçilər tərəfinə keçdiyi bildirilir. Bəzi məlumatlar görə, hökumət etirazçılara hücum etmək üçün digər Afrika ölkələrindən gətirilən muzdlulardan istifadə edir. Liviya hökuməti xarici jurnalistlərin ölkəyə girişinə qadağa qoyub. "Əl-Cəzirə" telekanalı ilə əməkdaşlıq edən bir yerli jurnalistin itkin düşdüyü xəbər verilir. Ölkədə internetə çıxış məhdudlaşıb.

Yəməndə də minlərlə etirazçı aksiyalar keçirir. Atəş səsləri paytaxt Sənada aydın eşidilir. Küçələrdə pülemyot daşıyan insanları görmək mümkündür. Şahidlərin sözlərinə görə, təhlükəsizlik qüvvələri mülki geyim geyinərək dinc aksiya iştirakçılarına qarşı atəş açır. Hadisə nəticəsində bir neçə hökumət əleyhdarının yaralandığı, bir nəfərin öldüyü barədə xəbərlər yayılıb.

Bəhreyndə isə etirazçılar “İnsanlar rejimin devrilməsini istəyirlər” şüarları səsləndirib. Onlara qadınlar da qoşulub. Bu arada Amerika prezidenti Barak Obama Bəhreyndəki iğtişaşları ölkənin kralı Həmid Bin Əl Xəlifə ilə müzakirə edib. Barak Obama kraldan zorakılığa yol verənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. O, Bəhreyndə insanların dünyavi hüquqlarına hörmət edilməli və islahatların keçirilməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, Bəhreyndə baş verən qarşıdurmalarla əlaqədar martın 13-nə nəzərdə tutulan “Formula-1” yarışlarının ləğvi barədə də danışılır.

Dünya liderləri Bəhreyndə və Ərəb ölkələrində baş verən aksiyalara öz münasibətlərini bildiriblər. Avstraliya öz vətəndaşlarını Bəhreynə getmək planlarına yenidən baxmağa çağırıb. İnsanların etiraz etmək hüquqlarının olduğunu deyən bu ölkənin xarici işlər naziri Kevin Rud bildirib ki, Bəhreyndə baş verən zorakılıq hadisələri turistlər üçün təhlükə yaradır.

Birləşmiş Ştatların dövlət katibi Hillari Klinton, Böyük Britaniyanın xarici işlər naziri Viliam Hyuq, o cümlədən "Human Rigths Watch" rəsmiləri də Liviya və Bəhreyndə baş verənləri pisləyib. Etirazçılara qarşı qəbul edilməz zorakılıqlarla bağlı narahatçılıqlarını ifadə edib.