Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Bu gün Əlcəzair müxalifəti hakimiyyətin dəyişdirilməsi tələbi ilə etiraz yürüşü keçirməyi planlaşdırır. ANS PRESS-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, müxalifətçilər və hüquq müdafiəçiləri hakim rejimin dəyişidirilməsi, həyat şəraitinin və vətəndaş azadlıqlarının yaxşılaşmasını tələb etmək istəyirlər. Aksiya iştirakçıları həmçinin ölkədəki fövqəladə vəziyyətin ləğvini və nümayişlərdə iştiraka görə saxlanılan insanların sərbəst buraxılmasını tələb edəcəklər.

Əlcəzair rəhbərliyi isə paytaxta minədək əlavə polis yeridib. Müxalifət lideri Səid Sədinin sözlərinə görə, ölkə rəhbərliyi yürüşə regionlardan da insanların qoşulmasına imkan verməmək üçün paytaxtı mühasirəyə alıb. Qatarların və digər ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Fövqəladə vəziyyət yarana biləcəyindən ehtiyatlanan sakinlərin isə ərzaq tədarükü gördüyü bildirilir.


"Frans Press" agentliyi xəbər verir ki, yanvarın ortalarından Əlcəzairdə hökumətə etiraz olaraq dörd nəfər özünü yandıraraq qəsd edib.


Qeyd edək ki, ölkədə kütləvi aksiyalar qadağan olunsa da, müxalifətçilər və hüquq müdafiəçiləri küçələrə çıxıblar. Onlar həyat şəraitinin və vətəndaş azadlıqlarının yaxşılaşmasını tələb ediblər. Dünən axşam polis Misir prezidenti Hüsnü Mübarəkin istefa verməsini qeyd etmək istəyənlərin axınının qarşısını ala bilib.