Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Pakistan məhkəməsi sabiq prezident Pərviz Müşərrəfin barəsində həbs edilməsi barədə qərar çıxarıb. ANS PRESS "Hindustan Times"a istinadən xəbər verir ki, prokurorluq onun keçmiş baş nazir Bənazir Bhuttoya qarşı sui-qəsd hazırlanması barədə məlumatı olması, ancaq sui-qəsdin qarşısını almaq üçün heç bir addım atmaması barədə sübut əldə edib.

Həbs qərarına əsasən Pərviz Müşərrəf fevralın 19-da məhkəməyə gətirilməlidir. P. Müşərrəf isə hazırda Londondadır və heç bir ittihamı qəbul etmir.

Pakistanın keçmiş prezidenti Pərviz Müşərrəf fevralın 7-də ölkənin sabiq baş naziri Bənazir Bhuttonun ölümündə günahlandırılanların siyahısına daxil edilib. Müşərrəfin bu siyahıya düşməsi keçmiş baş nazirin qətlə yetirildiyi Ravalpindi şəhərində keçirilən məhkəmə prosesindən sonra baş verib. Belə ki, şəhərin sabiq polis rəisi Səid Əzizin verdiyi ifadə bu prosesi bir az da sürətləndirib. Səid Əziz və onun tabeçiliyində olanlar Bənazir Bhuttonun kifayət qədər mühafizə edilməməsində günahlandırılırlar. Əzizin ifadəsinə görə, Müşərrəf Bhuttonun mühafizə rəisinin dəyişdirilməsinə əmr verib. Əzizin ifadəsini sonradan digər ittiham edilən polis işçisi, onun müavini Xürrəm Şahzad da təsdiqləyib.

Məhkəməyə həmçinin Pərviz Müşərrəfin Əziz və Şahzadla qətldən əvvəl və sonra telefon əlaqəsi saxladığına dair dəlillər təqdim edilib. Bunları nəzərə alan Ravalpindi məhkəməsi B.Bhuttonun ölümünü araşdıran Federal Agentliyin dəlilləri ilə razılaşaraq Pərviz Müşərrəfi qətldə günahlandırılanların siyahısına daxil edib.

Bənazir Bhutto Pakistana iki dəfə hökumət başçısı, daha sonra müxalifət lideri olub. O, P. Müşərrəfin prezidentliyi dövründə - 2007-ci il dekabrın 27-də, parlament seçkisinə iki həftə qalmış öldürülüb. Hakimiyyət bu cinayətə görə “Taliban”ın yerli qanadını günahlandırsa da, B. Bhuttonun tərəfdarları sui-qəsddə xüsusi xidmət orqanlarını ittiham ediblər. 2008-ci ildə B. Bhuttonun həyat yoldaşı Asif Əli Zərdari prezident seçilib.