Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Rusiya XİN “Rusiyada qalmalı” məqaləsinə münasibət bildirmişdir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında bu il fevralın 9-da “Nezavisimaya qazeta”da dərc edilmiş “Rusiyada qalmalı” sərlövhəli məqalə ilə əlaqədar RF XİN-in rəsmi nümayəndəsi A.Lukaşeviçin şərhi verilmişdir. Şərhdə deyilir: “Milrad Fətullayevin Mahaçqalada hazırlanmış və fevralın 9-da “Nezavisimaya qazeta”da dərc olunmuş “Rusiyada qalmalı” sərlövhəli məqaləyə diqqət yetirdik. Müəllif Xaraxoba və Uryanoba adlı iki sərhədyanı kəndin sakinlərinin keçirdiyi mitinq barədə dramatik tərzdə söhbət açır, lakin bu zaman faktları bir qədər sərbəst şərh edir.
Azərbaycanda Rusiya vətəndaşlarının yaşadığı iki kiçik kəndin sakinlərinin həmin məqalədə qaldırılan problemləri Moskvada da yaxşı məlumdur, Mahaçqalada da, Bakıda da. Bu problem çoxdan, hələ sovet dövründə yaranmışdır. O vaxt Sovet İttifaqında heç kəs təsəvvürünə də gətirə bilməzdi ki, bu böyük ölkə dağılacaq, inzibati sərhədlər isə dövlət sərhədlərinə çevriləcəkdir.
Əldə olan materiallara əsasən, sovet hakimiyyəti illərində kənd təsərrüfatı ehtiyacları üçün müvəqqəti istifadə edilmək məqsədi ilə Dağıstan MSSR və Azərbaycan SSR arasında kiçik ərazilər qarşılıqlı şəkildə mübadilə edilmişdir. Dağıstan mal-qara üçün qışlaq yeri kimi Azərbaycanda torpaq sahələrini müvəqqəti istifadəyə götürmüşdür. Orada tədricən çobanların daimi binələri yaranmış, yaşayış binaları tikilmişdir. Xaraxoba və Uryanoba yaşayış məntəqələri belə yaranmışdır. Ərazilərin mübadiləsi haqqında SSRİ hökumətinin 1954-cü ildə qəbul etdiyi qərarın qüvvədə olma müddəti 2004-cü ildə tam başa çatmışdır. Azərbaycanda Rusiyaya məxsus ərazilərin olması barədə istər mərkəzi arxivlərdə, istərsə də respublika arxivlərində həmin qərardan başqa heç bir sənəd aşkar edilməmişdir.
Hazırda Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ərazi iddiaları yoxdur. Ölkələrimiz arasında sərhəd həm Xəzər dənizinin dibi ilə, həm də quruda müəyyən edilmişdir. Quruda sərhəd xətti 2010-cu il sentyabrın 3-də Rusiya Federasiyasının Prezidenti D.A.Medvedev və Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev tərəfindən imzalanmış Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqavilə ilə müəyyən edilmişdir. Bu sərhəd Dağıstan MSSR və Azərbaycan SSR arasında əvvəlki inzibati sərhədə müvafiqdir.
Bununla belə, adları çəkilən yaşayış məntəqələrində yaşayan Rusiya vətəndaşlarının problemi həqiqətən mövcuddur. Bu, mürəkkəb və incə məsələdir. Xarici İşlər Nazirliyi digər federal nazirliklər və idarələrlə, Dağıstan rəhbərliyi ilə qarşılıqlı əlaqədə həmin problemin həlli ilə məşğuldur.
Biz bu məsələ ilə əlaqədar Azərbaycan tərəfi və hər iki kəndin sakinlərinin özləri ilə sıx əlaqə saxlayırıq. Lap bu günlərdə Bakıda iki ölkənin xarici işlər nazirlikləri arasında növbəti məsləhətləşmələr aparılmışdır. Həmin məsləhətləşmələrin gedişində azərbaycanlı tərəfdaşlarımız bizi əmin etmişlər ki, onlar Rusiya vətəndaşlarının probleminin lazımi qaydada tənzimlənməsinə hərtərəfli kömək edəcəklər. Rusiyanın Bakıdakı səfiri Azərbaycanın miqrasiya xidmətləri ilə işləyir. Yaxın vaxtlarda Xaraxoba və Uryanoba kəndlərinə birgə səfər olacaqdır.
Rusiya XİN-də əmindirlər ki, bu məsələni hansısa mitinq tədbirləri vasitəsilə həll etmək mümkün deyildir. Söhbət konkret adamlardan gedir və hər bir insana, hər bir ailəyə sırf fərdi yanaşma əsasında daimi və gərgin iş aparılmalıdır ki, onların mənafelərinə zərər dəyməsin”.