Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
ABŞ Konqresi Nümayəndələr Palatasının bir ay əvvəl sui-qəsd olunan üzvü, senator xanım Qabriel Qiffords tədricən sağalmağa başlayıb. CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə senatorun mətbuat katibi məlumat verib.

Onun sözlərinə görə, Qiffords artıq qismən nitqini bərpa etməyə başlayıb. Mətbuat katibi senatorun yemək üçün çörək istədiyini bildirib.


“Bu onun birinci sözü olub, senator daha sonra yenə bir neçə kəlmə işlədib. Həkimlər heyranedici nəticələr əldə edirlər, onlar onun nitqi üzərində işləyirlər, fizioterapiyası ilə məşğul olurlar”, - deyə mətbuat katibi bildirib.


Xatırladaq ki, Qiffords seçicilərlə görüşü zamanı başından ağır güllə yarası almışdı. Atəş açan şəxs daha 13 nəfəri yaralamış və hakimlə 9 yaşlı uşaq da daxil olmaqla 6 nəfəri qətlə yetirmişdi.


Qeyd edək ki, hadisəni törədən 22 yaşlı Cared Lofnerin təqsiri sübuta yetirilərsə, onu ölüm hökmü gözləyir. Lakin müttəhim Arizonada baş verənlərdə özünü təqsirkar bilmir