Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Pakistan hökuməti istefaya gedib. "AFP”nin yazdığına görə, yeni hökumət prezident Asif Əli Zərdarinin rəsmi şəkildə nazirlərin istefa ərazilərini qəbul etdikdən sonra formalaşacaq. Məlumata görə, nazirlər bu gün hökumətin iclası zamanı baş nazir Yusif Reza Qilaniyə istefa ərizələrini təqdim edib. Bundan dərhal sonra isə Qilani televiziyada çıxış edərək Nazirlər Kabinetinin istefa verməsi haqda xəbər verib.

İndi isə baş nazir yeni hökumət formalaşdırmalı olacaq ki, həmin kabinetə əvvəlkindən daha az nazir daxil edilməlidir. Bu addımın hökumətin xərclərinin azaltmaq məqsədi daşıdığı bildirilir. Yeni nazirlərin isə 4 gün ərzində təyin olunacağı gözlənilir.


Qeyd edək ki, nazirlərin ixtisar edilməsi tələbi ilə başda sabiq baş nazir Navaz Şərif olmaqla, müxalifətdən olan Pakistan Müsəlman Liqası çıxış edirdi. Hətta yanvar ayında müxalifət hakim partiyadan nazirlərə çəkilən büdcə xərclərinin 30 faiz azaldılması ilə bağlı ultimatumla çıxış etmişdi. Hakimiyyət 45 gün ərzində bu tələbi yerinə yetirməsə, Pakistan parlametinin hər iki palatasında böyük nüfuza sahib olan N. Şərif növbədənkənar parlament seçkisinin keçiriləcəyi ilə hədələyib. Artıq N. Şərif bu məsələyə münasibət bildirib və deyib ki, hökumətin xərclərini azaltmaq üçün nazirlərin istefası kifayət etmir və bu nəticə onları məyus edib.


Pakistan konstitusiyasına görə, ölkədə 49-dan artıq nazir ola bilər, amma hökumətdə 50-dən artıq nazir fəaliyyət göstərir.