Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Etirazların 14-cü günündə Misirin Təhrir meydanında əvvəlki izdiham və etiraz dalğası müşahidə olunmasa da, minlərlə insan Mübarəkin 30 illik hakimiyyyətindən əl çəkməsi tələbi ilə onun müqəvvasını asıb. Təhrir meydanı ətrafında keşik çəkən Misir ordusunun əsgərləri meydana aparan bəzi yolları təmizləyərək açmağa çalışsa da, nümayişçilər buna imkan verməyib. Gecədən tankların qarşısında çadır quran bəzi etirazçılar isə bununla Hüsnü Mübarəki qarşıdurmalara son qoymağa çağırıb. Nümayişçilər meydanda iki gün əvvəl snayperlə vurulan jurnalistin simvolik dəfn mərasimini keçirib. Ümumilikdə BMT-nin rəsmi açıqlamasına görə Misirdəki iğtişaşlarda 300 nəfər öldürülüb.

Amma artıq tədricən Qahirə küçələrində iki həfətədir iflic olan həyat bərpa olunur. 3 saatlığa açılan bəzi bankların və mağazalrın önündə uzun növbələr yaranıb. Bu gün bir neçə məktəb də yenidən açılıb. Eyni zamanda Təhrir meydanı yaxınlığında nəqliyyatın işi az da olsa bərpa edilib. Hökumət binalarının, səfirliklərin və bir sıra mühüm əhəmiyyətli müəssisələrin ətrafında tanklar hələ də keşik çəkir.