Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
18-24 aprel 2019-cu il
15 (1063)
11-17 aprel 2019-cu il
14 (1062)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
Sudanın şimal və cənub hissələri arasındakı sərhəddə yenidən atəş səsləri eşidilməyə başlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu dəfə şimallılar cənublularla yox, öz aralarında mübarizə aparırlar. Belə ki, 1 ay əvvəl cənublular yekdilliklə Xartumdan ayrılmalarına səs veriblər və 9 iyuldan etibarən rəsmi olaraq Cənubi Sudan Respoublikası adlı yeni ölkədə yaşayacaqlar.

İndi şimal ilə cənub ordusu arasında hərbi mülkiyyətin və şəxsi heyətin bölüşdürülməsi prosesi gedir. Cənubi Sudan Ordusunun təmsilçisi Filip Aqeranın sözlərinə görə, Sudan ordusunun ayrı-ayrı bölmələrində hələ də, ölkənin cənubundan olanlar var. Amma onlar 20 illik vətəndaş müharibəsində şimallıların tərəfində iştirak etəslər də, çox cənubu tərk etmir. İnsident də onların silahı yerə qoyaraq, Sudanın Şimal hissəsi tərəfə keçməkdən imtina etmələri nəticəsində baş verib.

Toqquşmalar cümə axşamı Malakal şəhərinin sərhədində başlayıb və Cənubi Sudanın daha iki yaşayış məntəqəsinə keçib. Dörd gün davam edən toqquşmalar nəticəsində artıq 50 nəfər ölüb.

Xatırladaq ki, 2005-ci ildə əldə olunan sülh sazişinə görə, Malakal kimi mürəkkəb sərhəd rayonlarında Sudan federal ordusu və cənubdan olan keçmiş üsyançılardan ibarət birgə silahlı qüvvələr yaradılıb.

Müşahidəçilər hesab edir ki, belə toqquşmalar ölkənin iki yerə bölünməsi ilə əlaqədar iki dövlətin silahlı qüvvələrinin yenidən təşkil olunmasına qədər davam edəcək.